AXCP-də Əli Kərimliyə qarşı üsyan
11:21 04-10-2013
İQTİSADİYYAT
AXCP-də Əli Kərimliyə qarşı üsyan
Həbsdə olan cəbhəçi partiyadan imtina etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Daşqın Məlikov partiyadan çıxmaq üçün Əli Kərimliyə müraciət edib. D. Məlikov müraciətində bildirib: "Yazıb sizə bildirirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm (Gənclər Təşkilatının), bu gündən məni partiyanızın üzvlüyündən çıxartmağa göstəriş verəsiniz. Əlavə olaraq, bildirmək istəyirəm ki, "Azadlıq" qəzetindən fotoşəklimi çıxarasız və vicdan məhbusu adlandırmayasız. Bu mənim öz istəyimdir".
D. Məlikov bəyanat da yayıb. Bəyanatda deyilir: "Mən Məlikov Daşqın Əlisəfa oğlu. 18.02.1991-ci il təvəllüdlü. Sumqayıt şəhər 10-cu mikrorayon ev 41, mənzil 2 qeydiyyatdayam. AXCP Gənclər Təşkilatının üzvüyəm. Partiyamızın sədri Əli Kərimlidir. Bugünkü gün respublikamızda gedən inkişafı görürəm. Cənab prezident İlham Əliyevin siyasətini görürəm, dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, mənim müxalifyönlü AXCP-dən çıxarasınız. "Azadlıq" qəzetində olan fotoşəklimi ordan çıxarasınız və partiyanın, yəni AXCP-nin digər üzvlərinə bildirmək istəyirəm ki, bu mənim öz fikrimdi. Qarşıdan gələn prezident seçkilərində də Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm. İmza Məlikov Daşqın Əlisəfa oğlu. 01.10.2013".Qeyd edək ki, D. Məlikov bu il iyulun 3-də Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Ekspertlər bildirir ki, bu hal müxalifəti çıxılmaz duruma salıb. Belə ki, həbsdə olan digər müxaliflərində belə bir müraciət edəcəyi gözlənilir. Bunun başlıca səbəbi isə müxalifətin seçkilərdə məğlub olmasının proqnozlaşdırılmasıdır. Belə ki, Cəmil Həsənlinin vahid namizəd kimi gündəmə gətirən Milli Şura istəyinə nail ola bilmədi. İlk növbədə ona görə ki, Milli Şuraya toplaşan partiyalar hazırda bir-biriləri ilə ciddi problemlər yaşayırlar və bu problemin daha da böyüyəcəyi gözlənilir. Digər tərəfdən Cəmil Həsənlinində cəmiyyətin rəğbətini qazana bilməməsi əsas faktordur. Məhz bu məqamları nəzərə alan siyasi məhbuslar artıq müxalifətdə olmağın və həbsdə qalmağın mənasızlığını anlayırlar. Bunu da qeyd edək ki, həbsdə olan gənclərin başqa bir problemləri isə budur ki, onlar həbs olunandan sonra təmsil olunduqları partiya nə onlarla maraqlanır, nədə ailələrinə kömək göstərmirlər.Halbu ki, bu günlərdə aydın oldu ki, AXCP sədri Əli Kərimlinin 8 milyon manatdan çox pulu və mülkü var. Oğulu Böyük Britaniyada pullu təhsil alır. Bu faktların aşkarlanmasıda səfalət içində olan cəbhəçilərə sözün həqiqi mənasında zərbə vurdu. Bildirilir ki, sıravi cəbhəçilər bununla bağlı Əli Kərimlinin hesabat verməsini istəsələrdə hələ ki, o heç bir reaksiya vermir. Amma həbsxanada olan gənclər artıq bu reallıqla barışmaq niyyətində deyillər və partiyadan kənarlaşma sürətlə artır. Bunu da qeyd edək ki, AXCP rəhbərliyinin həbsdə olanlara biganə yanaşmalarına ilk reaksiya Ruslan Bəşirli tərəfindən verilmişdi. Həbsdən azad olunandan sonra partiyadan istefa verdi və o düşərgəni sözün həqiqi mənasında aşağıladı.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53