Səfər Əbiyevin səlahiyyəti əlindən alındı
12:29 05-10-2013
İQTİSADİYYAT
Səfər Əbiyevin səlahiyyəti əlindən alındı
Müdafiə naziri ilə bağlı ehtimallar reallaşırmı?
Müdafiə Nazirliyi səlahiyyətlərindən birini itirib. “Unikal”ın araşdırması zamanı məlum olub ki, bu, Nazirlər Kabinetinin “Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişikliklər etməsindən sonra gerçəkləşib.
Belə ki, dəyişikliklər əsasən respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın təşkili sahəsində Müdafiə Nazirliyinin səlahiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi ilə bağlıdır.
İndiyə qədər Təhsil Nazirliyinə Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görmək tapşırılıb. Bundan sonra Təhsil Nazirliyi bu işləri Müdafiə Nazirliyi deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həyata keçirəcək. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası da siyahıdan çıxarılıb. Eyni zamanda Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, şəhər (rayon) icra hakimiyyəti aparatları və başqa əlaqədar təşkilatlarla birlikdə təhsil alan gənclərin hərbi xidmətə hazırlığının yaxşılaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ibtidai hərbi hazırlıq dərslərinin yüksək nəzəri və təşkilati-metodiki səviyyədə keçirilməsi üçün konkret tədbirlər görməlidir. Təhsil Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə ibtidai hərbi hazırlıq dərsliyini işləyib hazırlasın, gənclərdə hərbi biliklərə maraq oyadılması məqsədilə ibtidai hərbi hazırlıq fənninin 8 və 9-cu siniflərdən tədris edilməsinin zəruriliyi məsələsinə baxacaq.
İndiyə qədər Təhsil Nazirliyi Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər İttifaqı, Mülki Müdafiə Qərargahı, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurası ilə birlikdə şagirdlərin hərbi biliklərinin dərindən öyrənilməsi və təcrübədə möhkəmləndirilməsi məqsədilə hərbi-idman oyunlarının keçirilməsini yenidən bərpa etsin, həmin oyunlara tədris müəssisələri şagirdlərini maksimum dərəcədə cəlb etsin. Bundan sonra Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Gənclər İttifaqı, Mülki Müdafiə Qərargahı ilə birlikdə şagirdlərin hərbi biliklərinin dərindən öyrənilməsi və təcrübədə möhkəmləndirilməsi məqsədilə hərbi-idman oyunlarının keçirilməsini yenidən bərpa etsin, həmin oyunlara tədris müəssisələri şagirdlərini maksimum dərəcədə cəlb edəcək. Artıq Müdafiə Nazirliyi yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi xidmətə hazırlığını, hərbi-texniki, hərbi-tətbiqi bilik və bacarıqlarını kökündən yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görəcək, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və başqa aidiyyəti təşkilatlarla birlikdə “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsini hazırlayacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi rəhbərlərin bir aylıq toplanışının hərbi hissələrin birində keçirilməsini isə Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirəcək.
Respublikanın orta ümumtəhsil, peşə məktəblərində və texnikumlarında ibtidai hərbi hazırlığın təşkilinə ümumi rəhbərlik və nəzarət etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Döyüş Hazırlığı İdarəsi nəzdində müvafiq qaydada ordudankənar hərbi hazırlıq şöbəsinin yaradılması barədə Müdafiə Nazirliyinin təklifi qəbul edilməsi barədə müddəa isə ləğv olunub.
Səfər Əbiyevin nazirliyinin məhz indiki məqamda səlahiyyət itkisi ilə üzləşməsi maraq doğurur. Məsələ burasındadır ki, son vaxtlar rəqiblərinin müdafiə nazirinə qarşı gizli və aşkar hücumlarının artdığı hiss edilir. KİV-də yazılanlardan və hərbi ekspertlərin söylədiklərindən görünən odur ki, seçki yaxınlaşdıqca Səfər Əbiyevə qarşı təzyiqlər də artır. Bəziləri belə güman edir ki, bu, daha çox seçkidən sonra formalaşacaq yeni hökumət kabinetində Əbiyevin yer almasını önləməyə hesablanıb.
Naziri seçki ərəfəsində mümkün qədər çox hədəfə gətirməklə daha da zəiflətməyi planlayan anti-Əbiyevçi güclər onun müdafiə naziri postundan bu yolla uzaqlaşdırılacağına ümid edirlər. Həmin ümidin doğrulub-doğrulmayacağını isə ən geci noyabr ayında görəcəyik.
İndilikdə isə onu deyə bilərik ki, yuxarıda səslənən ehtimal və proqnozlar fonunda müdafiə nazirinin səlahiyyət itkisi ilə üzləşməsi qətiyyən təsadüfə oxşamır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53