Bəsirət Quliyev azadlıqda necə qaldı?
11:38 11-10-2013
CƏMİYYƏT
Bəsirət Quliyev
azadlıqda necə qaldı?
"Bakı-Taxıl"ın sədri haqqında yeni maraqlı iddia ortaya çıxdı
Qəzetimizin keçən saylarından birində Nadir Quliyev adına "Bakı Taxıl" Açıq Səhmdar Cəmiyyətində baş verənlərlə bağlı tənqidi yazı dərc edilmişdi. Yazıda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı bir çox iddialar özünə yer almışdı.
Orada qeyd edilirdi ki, adıçəkilən səhmdar cəmiyyət fermerlərdən yüksək keyfiyyətli taxıl məhsulu alır. Amma bu zaman qiymətlər fermerlər üçün ürəkaçan səviyyədə olmur. Bununla bağlı dəfələrlə ASC sədri Bəsirət Quliyevə edilən müraciətlərin də faydası olmayıb. Qiymətlər sözügedən səhmdar cəmiyyətin maraqlarına uyğun müəyyənləşdirilir. Məsələ burasındadır ki, bu ASC Dövlət Taxıl Fondunun elan etdiyi tədarük məntəqələrindən biri olduğundan son qərarı da fermerlər deyir, məhz "Bakı-Taxıl"ın rəhbərliyi müəyyənləşdirir.
Həmçinin qeyd olunurdu ki, Müəssisədə işçilərin kifayət qədər olmasına baxmayaraq onların əksəriyyətinin əmək müqaviləsi olmadan çalışdığı, "ikili mühasibatlıq" hökm sürdüyü, yəni maaşların reallıqda olduğundan az göstərildiyi və beləliklə vergidən yayınma hallarına yol verildiyi də səslənən iddialar arasındadır. Bundan başqa səhmdar cəmiyyətin Dövlət Sosial Müdfiə Fonduna köçürmələri ilə bağlı da şübhəli məqamların olduğu deyilir, iddia olunur ki, məhz işçilərin maaşlarının az göstərilməsi və əmək müqavilələrinin olmamasına dair hallar həmin köçürmələrin məbləğinin də reallıqdan az olmasına gətirib çıxarıb.
Bundan başqa, Bəsirət Quliyevin rəhbərlik etdiyi səhmdar cəmiyyətin yolunun tez-tez məhkəmələrdən düşməsi, şirkətin yardımçı təsərrüfatlarında baş verən qanunsuzluq halları və hətta bu hallardan birinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aşkarlanaraq rəsmi ölçü götürməsi, səhmdar cəmiyyətin səhmdarlarında da narazı əhvaal-ruhiyyənin olduğu və onların ayağa qalxa biləcəkləri barədə də yazıda təfsilati ilə bəhs olunmuşdu.
Bu arada isə Bəsirət Quliyevin rəhbərlik etdiyi adıçəkilən səhmdar cəmiyyətlə bağlı daha bir maraqlı iddia yayılıb. Həmin iddiaya görə, bir müddət əvvəl "Bakı Taxıl" Açıq Səhmdar
Cəmiyyətinin Buzovnada fəaliyyət göstərən yardımçı təsərrüfatında ilginc olay yaşanıb. Belə ki, yardımçı təsərrüfatın ərazisindən neft borusu keçirmiş. Məlum olub ki, borunun üstü qanunsuz şəkildə açılıb və oradan daşınan neftin bir hissəsi mənimsənilib.
Fakt ortaya çıxdıqdan sonra məsələyə hüquqi müstəvidə müdaxilə edilib, yardımçı təsərrüfatın bir neçə işçisi isə sədrin özünün azadlıqda qalması üçün "qurban" verilib. İddialara görə, "qurbanlara" bu işi üzərlərinə götürmələri və bir müddət sonra azadlığa buraxılacaqları vəd edilib. Nəticədə səhmdar cəmiyyət sədri azadlıqda qalıb.
Yayılan bu iddia ilə bağlı qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33