Zaman İsgəndərov Ağamirzə Əhmədova “ qalib” gəldi
10:10 23-10-2013
SİYASƏT
Zaman İsgəndərov Ağamirzə Əhmədova “ qalib” gəldi
Məlum olduğu kimi, 19 oktyabrda Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsilə əlaqədar yüzlərlə sahibkara milyonlarla ölçülən maddi ziyan dəymişdir.
Ən başlıcası isə həmin sahibkarlar yanğın nəticəsində illərlə işlədikləri və ailələri üçün çörək qazandıqları iş yerlərini itirmişlər. Yaranmış durumu nəzərə alaraq Sumqayıt şəhər rəhbərliyi və “Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyyətinin sədri Zaman İsgəndərovun birgə təşəbbüsü ilə sözügedən Mərkəzin 3-cü mərtəbəsində zərərçəkmiş sahibkarların ixtiyarına pulsuz olaraq verilməsinə dair göstəriş verilmişdir. Bu barədə sözügedən ticarət mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayıb. Əslində ilk baxışdan bu Zaman İsgəndərovun zərərçəkmiş insanlara bir xeyirxahlıqı kimi qəbul oluna bilərdi. Amma,sən demə heç də hər şey göründüyü kimi deyilmiş. Belə ki, “Karvan” Ticarət Mərkəzinin direktoru Ağamirzə Əhmədovla, “Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyyətinin sədri Zaman İsgəndərov arasında ciddi gərginlik var imiş və bu gərginlik illərin qarşılıqlı nifrətinə çevrilibmiş. Dəfələrlə Zaman İsgəndərov Ağamirzə Əhmədova məxsus ticarət mərkəzinin bağlanmasına cəhd etmiş və bu konflikt daha da dərinləşmişdi. Son parlament seçkilərində isə Ağamirzə Əhmədov bütün gücünü səfərbər edərək Zaman İsgəndərovun oğlu Nizami İsgəndərovun yenidən deputat seçilməsinə əngəllər yaratmışdı. “Unikal”a daxil olan məlumata görə hər iki şəxsə məxsus mərkəzlər yanaşı olub və hazırda Zaman İsgəndərov şəraitdən istifadə edərək Ağamirzə Əhmədovun ticarət mərkəzində işləyən sahibkarları öz ətrafına toplayır. Bildirilir ki, yanmış mərkəzin bərpası ayllarla vaxt aparacaq. Zaman İsgəndərov isə hazırda bu sahibkarlara yeri pulsuz versədə bir aydan sonra yer haqlarının yığılmasına start verəcək. Bununla da bir tərəfdən icarədar axtaran Zaman İsgəndərov icarədarlar toplayır, bir tərəfdən əzəli rəqibi Ağamirzə Əhmədovu bir dəfəlik sıradan çıxararaq “evini yıxır”, başqa bir tərəfdən isə ölkə rəhbərliyinə göstərir ki, narazı sahibkarları ətrafına toplamaqla hakimiyyətə qarşı çevrilmələrinin qarşısını alır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08