General-mayor Lənkəran Əliyev mənzilindən çıxarıldı
11:51 24-10-2013
SİYASƏT
General-mayor Lənkəran Əliyev mənzilindən çıxarıldı
General-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyi ilə məhkəmə çəkişməsinə
səbəb olan mənzilindən çıxarılıb
Bir müddət əvvəl məhkəmə icraçıları və polisin təkidli tələbi ilə L.Əliyev qanunsuz zəbt etdiyi iddia olunan evi boşaldaraq Müdafiə Nazirliyi tərəfindən ona verilmiş 3 otaqlı xidməti mənzilə köçüb.
L.Əliyev açıqlamasında yeni mənzilə köçməsini təsdiqləyib.
Qeyd edək ki, bir ildən çoxdur, Müdafiə Nazirliyi Lənkəran Əliyevə və onun ailə üzvlərinə qarşı iddia qaldırıb. Nazirlik həmin iddiada L.Əliyevin yaşadığı evi qanunsuz zəbt elədiyini əsas gətirərək onun və ailə üzvlərinin mənzildən çıxarılmasını və mənzilin orderinin etibarsız hesab edilməsini istəyib. Birinci instansiya məhkəməsi nazirliyin iddiasını təmin etməyib. Lakin Apellyasiya və Ali Məhkəmə nazirliyin iddiasını təmin edərək L.Əliyevin mənzilindən çıxarılması barədə qərar qəbul edib.
Bundan sonra L.Əliyevə Müdafiə Nazirliyinin nəzdindəki binalardan birində 3 otaqlı ev verilib. L.Əliyev əvvəlcə ona təklif olunan yeni evin balaca olduğunu əsas gətirərək həmin mənzilə köçməkdən imtina etsə də, sonradan bununla razılaşmalı olub.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53