Avropalı parlamentari: "Dünya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır"
12:21 01-11-2013
CƏMİYYƏT
Avropalı parlamentari: "Dünya ictimaiyyəti Ermənistanın Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır"
"Nə Birləşmiş Millətlər Təşkilatı, nə də ki dünyanın əksər ölkələri Ermənistanın bir işğalçı dövlət kimi Dağlıq Qarabağla bağlı heç bir hüququnu tanımır
Bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vayql Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab olaraq bildirib.
İ.Vayql deyib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozub və öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır: "Çox təəssüf ki, Ermənistan öz ərazisində hərbi bazaları olan Rusiya tərəfindən dəstəklənir. Həm Ermənistanın, həm də Rusiyanın davranışları yolverilməzdir və onlar bütün regionun sabitliyini pozurlar".
Avropalı parlamentarinin sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün əsas prioritetdir: "Əgər Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı ölkələrindən biri bu prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ təcili şəkildə öz həllini tapmalı və adekvat qərarlar qəbul olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından deportasiyaya məruz qalan hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq şansına sahib olmalıdır".
İ.Vayql vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq təkcə Qərbi Avropa ölkələrinin enerji ilə təmin olunması məsələsi ilə məhdudlaşmır:
"Azərbaycan regiondakı sabitliyin əsas qarantıdır. Bu səbəbdən də Aİ regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə həll edilməsində maraqlıdır: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xeyli əmək sərf edib. Lakin aydın məsələdir ki, bu problem təkcə diplomatik müstəvidə həll olunası bir məsələ deyil. Bu, nəzərəçarpacaq siyasi problemdir ki, Cənubi Qafqazda söz sahibi olan bütün dövlətlərin əməkdaşlığı sayəsində həll oluna bilər".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49