Azərbaycanlılara qarşı basqıda azərbaycanlı izi
12:22 01-11-2013
CƏMİYYƏT
Azərbaycanlılara qarşı basqıda azərbaycanlı izi
Azərbaycanda viza rejimini tətbiq edə bilər
Rusiyada yaşayan azərbaycanlılara qarşı basqılar artır və xeyli sayda azərbaycanlı artıq bu ölkəni tərk edib. Rusiya tərəfi isə qanunları sərtləşdirmək haqqında düşünür. Hazırda gündəmdə iki məsələ var. Birinci məsələ Rusiyada işləmək istəyən şəxslərin aylıq əmək haqqı 900 dollar olmalıdır.
Halbu ki, Rusiyada adi vətəndaşın əmək haqqı 500 dollar civarındadır. Belə bir addımın atılması isə o deməkdir ki, Rusiyada olan azərbaycanlıların 90 faizi ölkəni tərk etməlidir. İkinci variant isə viza rejiminin tətbiqidir ki, bununla da bağlı müzakirələr aparılır. Bu arada Azərbaycan rəsmilərinin viza məsələsinə reaksiyaları maraqlı olub.
Rusiya qonşu dövlətlərə qarşı viza rejimini tətbiq etmək barədə təşəbbüs irəli sürəcəyi halda, Azərbaycan viza rejimini tətbiq etməyə hazırdır.Bunu Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu deyib:"Mən burada ciddi problem görmürəm. Hazırda iki ölkənin vətəndaşları xarici pasportlar vasitəsilə Azərbaycan və Rusiyaya səfər edirlər. Bir möhür az və ya çox olması elə də ciddi problem deyil".
Onun sözlərinə görə, bu barədə Rusiya tərəfinə rəsmən bəyan edib: "Rusiya belə təşəbbüs irəli sürərsə, Azərbaycan qısa müddət ərzində bu məsələyə baxaraq həll edəcək".
Səfirin sözlərinə görə, səfirlik Yeqor Şerbakovun qətlində şübhəli bilinərək məhkəmənin qərarı ilə həbs edilmiş Orxan Zeynalovla bağlı hadisələrin inkişafını nəzarətdə saxlayır: "Onunla konsulluğun əməkdaşları görüşüblər, Zeynalovun şikayətlərini bildirməyə imkanı oldu. Tərəfimizdən həmin şikayətlər Rusiya strukturlarına çatdırılıb. Zeynalovun gələcək taleyini, günahkar olub-olmadığını məhkəmə müəyyənləşdirəcək".
P. Bülbüloğlu bildirib ki, məlum cinayətdən sonra miqrantlara qarşı vəziyyətin gərginləşməsi və baş verən iğtişaşlar Azərbaycan-Rusiya münasibətlərinə heç cür təsir etməyəcək:
"İki ölkənin münasibətlərində heç bir problem yoxdur. Törədilən bu və ya digər cinayətləri siyasiləşdirmək olmaz. Rusiya böyük dövlətdir və burada işçi qüvvəsi çatışmazlığı hiss edilir".
Lakin səfir qeyd edib ki, eyni zamanda, edilən hərəkətlərə görə məsuliyyət daşımaq lazımdır: "Mən bunu bir neçə dəfə demişəm və imkandan istifadə edərək təkrar edirəm ki, sovet dövrü keçmişdə qaldı. Xarici ölkə olan Rusiyada bu ölkənin öz qanunları işləyir. Bəzən bu qanunlar sərtdir, lakin həmin qanunlara riayət etmək lazımdır. Digər ölkəyə istirahət etməyə və işləməyə gedərkən həmin ölkənin qanunlarını, adətlərini, gəliş qaydalarını, dilini öyrənmək lazımdır".
Bu arada baş verən qalmaqallarla bağlı yeni versiya irəli sürülüb. Moskva sakinlərinin ictimai etirazları anti-Azərbaycan xarakteri daşımır.Bunu açıqlamasında məşhur rusiyalı politoloq və jurnalist Maksim Şevçenko deyib.
Onun sözlərinə görə, Rusiya paytaxtının Biryulevo rayonunda baş verən etirazlar qarət məqsədi güdməyib: "Bu etirazlar "Ruslar" adlı millətçi hərəkat tərəfindən təşkil olunub. Mən onların rəhbərini tanıyıram. Baxışlarını bölüşməsəm də, bilirəm ki, qarətlər onların marağında olmayıb. Onların məqsədi fəaliyyətlərini siyasi səhnədə leqallaşdırmaqdır".
M.Şevçenko hesab edir ki, Biryulevodakı meyvə-tərəvəz bazasına hücum sifarişli olub: "Biz artıq bilirik ki, bu sifariş Azərbaycan mənşəli şəxslərdən gəlib. Onlar bazanın sahibi olan şəxslərə qarşı hüquq-mühafizə orqanları vasitəsilə basqın ediblər. Mən onların adlarını çəkməyəcəm".
Politoloq qeyd edib ki, Yeqor Şerbakovun qətli bazadan 3 km aralı məsafədə baş verib: "Amma nədənsə kütlə məhz bu bazaya hücum etdi. Kütləni qızışdıran şəxslərin adları da məlumdur. Onların hüquq-mühafizə orqanları, o cümlədən Rusiya DİN ilə əlaqələri var".
M.Şevçenko Y.Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalovun hərəkətlərinə əsasən onun kriminal aləmlə əlaqəli şəxs olduğunu güman edir.
Fuad
Digər Xəbərlər
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47