Milli Şura partiya olmayacaq
12:23 01-11-2013
CƏMİYYƏT
Milli Şura partiya olmayacaq
AXCP və Müsavat artıq Cəmil Həsənlidən qurtulur
Müxalifət düşərgəsində yeni bir qaynaşma başlayıb. Bu dəfə də bu qaynaşma hakimiyyətə qarşı yox, daxili mübarizələrə hesablanıb. Hazırda müxalifət düşərgəsi aşağıdakı mübahisələri həll edə bilmirlər. Bunlar nədir?
1. İctimai Palata buraxılsın və Milli Şura gücləndirilsin
2. Milli Şura və İctimai Palata buraxılsın, AXCP və Müsavat partiyası birləşsin və Cəmil Həsənli sədr gətirilsin
3. Milli Şura partiyaya çevrilsin və Cəmil Həsənli sədr gətirilsin
Hazırda ən çox dartışılan məsələdə Mili Şuranın partiyaya çevrilməsi məsələsidir. Amma ekspertlər bildirir ki, bu mümkün olmayacaq və bunun qarşısını ilk növbədə AXCP və Müsavat alacaq. Çünki 20 ildir bu iki partiya faktiki olaraq müxalifətdə monopoliya yaradıblar və heç bir yeni qüvvənin meydana çıxmasına imkan vermirlər. Son 20 ildə ilk dəfədir ki, müxalifət düşərgəsində onlardan kənarda Cəmil Həsənli fiquru formalaşıb və onun daha sərbəst hərəkət etməsinə imkan verilməyəcək. Artıq indinin özündə Cəmil Həsənliyə qarşı bir qısqanclıq yaranıb və bu son mitinqdə də göründü. Belə ki, Cəmil Həsənli mitinqdə gənclərlə baş-başa qaldı və bununla da Cəmil Həsənli imici kifayət qədər xırdalandı. Bundan başqa qeyd etmək lazımdır ki, Mili Şurada müxtəlif qüvvələr bir araya gəlsələrdə əslində heç də münasibətləri yaxşı deyil. Elə indinin özündə “El” hərəkatı ilə Müsavat, Müsavatla ACP kifayət qədər gərgin münasibətlərdədilər və istənilən an toqquşmalar baş verəcək. Belə olan halda ağız-ağıza yatan qüvvələr necə bir partiyada birləşə bilər? “Milli Şuranın partiyaya çevrilməsi haqqında danışmaq hələ tezdir”. Bunu Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev deyib. O, sözügedən qurumun bazasında yeni partiyanın yaradılması perspektivini şərh edərkən bildirib ki, bu, düzgün addım olmaz.
“Mən bu vaxta qədər partiya üzvü olmamışam və bundan sonra da belə bir fikrim yoxdur. Mənim kimi Milli Şurada çoxlu adam var”-deyən Milli Şura rəsmisi hesab edir ki, təmsil etdiyi qurumun partiyaya çevrilməsi məqsədəuyğun deyil. Bir sözlə mən Milli Şuranın partiyaya çevrilməsinin tərəfdarı deyiləm”-deyə M. Əliyev söyləyib.“Milli Şura çox kövrək birlikdir. Azərbaycanda antidemokratik hakimiyyət olmasaydı, Milli Şuraya da ehtiyac olmayacaqdı”.
Bunu isə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri, Milli Şura üzvü Sülhəddin Əkbər deyib. O, Milli Şuranın gələcək statusunun müəyyən edilməsi məsələsinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda mövcud iqtidar qaldıqca Milli Şura da öz fəaliyyətini indiki statusu ilə davam etdirməlidir.
“Milli Şuranın qalmasına və siyasi fəlsəfəsinin dəyişməməsinə ehtiyac yaranır. Onun hər hansı bir partiyaya çevrilməsi isə qeyri-mümkündür. Çünki Milli Şurada çox sayda siyasi partiyalar və müxtəlif dünya görüşlü insanlar var. Milli Şuranı partiyaya çevirmək üçün cəhd göstərməyə də lüzum yoxdur”.ACP sədri bildirib ki, yalnız Milli Şuranın təkmilləşməsinə, qurumun rəhbərliyinin və strukturunun möhkəmlənməsi zəruridir. “Bundan əlavə əsas məsələ odur ki, Milli Şura yeni mərhələdə qarşısına hansı məqsədlər qoyacaq”. Beləliklə gördüyünüz kimi bu ideyada beşiyindəcə boğulur. Maraqlıdır, bəs bu ideya nədən gündəmə gətirilib? Ekspertlər bildirir ki, “El” hərəkatı başda olmaqla bir qrup çalışır ki, Cəmil Həsənli üzərində ki, Müsavat və AXCP basqısını azaltsınlar. Çünki yuxarıda da qeyd etdiyimiz kimi hazırda AXCP və Müsavat Cəmil Həsənli faktorunu sıradan çıxartmağa çalışırlar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57