Avronestllə barışırıq?
12:29 01-11-2013
CƏMİYYƏT
Avronestllə barışırıq?
Ölkədə keçirilmiş prezident seçkilərindən sonra rsəmi Bakı ilə Avronest arasında yaranmış gərginlik tədricən yumşalmağa başlayır. Məlumata görə, Avronestdə Azərbaycanda keçirilən prezident seçkiləri müzakirə olunacaq. Milli Məclisin deputatı Elxan Süleymanov Avronest PA-nın Büro iclasında iştirak edəcək.
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir. Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Oxucunun yadına salaq ki, elə həmin bu Elxan Süleymanov Azərbaycanın Avronesti tərk edəcəyi barədə bəyanatla çıxış etmişdi. Lakin bir neçə gündən sonra Milli Məclisin spikeri Oqtay Əsədov çıxışında bildirdi ki, Azərbaycan Avronestə parlamentin qərarı ilə daxil olub və bu qurumu ancaq parlamentin qərarı ilə tərk edə bilər.
Yəni yaranmış gərginlik bu qayda ilə yumşaldıldı. Bəs Azərbaycanın bu qurumla münasibətlərinin kəsilməsi xeyrimizdəir, yoxsa ziyanımıza?
Politoloq Qabil Hüseynlinin “Unikal”a bildirdiyinə görə, “Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərei ilə bağlı məlum qərarı Azərbaycanda daxili sabitliyi pozmağa yönəlmişdi. Özünü ciddi qurum sayan Avropa Parlamenti əvvəl bir mövqe nümayiş etdirir, üstündən müəyyən bir an keçəndən sonra başqa bir mövqeyini sərgiləməyə başlayır. Bütün bunlar onu göstərir ki, onlar bütövlükdə seçki prosesini ya ciddi müşahidə etməyiblər, ya da müşahidə edərkən subyektiv rəyləri ön plana çəkiblər. Mənim zənnimcə, bu gün gündəmdə onların birinci qərarı olmalıdır. Çünki seçkilərin nəticələrini şəffaf və demokratik hesab etmişdilər və bunu qəbul edirdilər”.
Politoloqun fikrincə, seçki ilə bağlı sonradan fərqli qərarı çıxartmaları Azərbaycana subyektiv münasibətin göstəricisidir. “Azərbaycanda daxili sabitliyi pozmağa çalışan addımlar atmaq niyyətindədirlər. Avropa Parlamentinin bu addımını pisləyirəm və qəbuledilməz hesab edirəm”.
Qabil Hüseynli Azərbaycanın AvroNest PA-da fəaliyyətinin dayandırılması barədə fikirləri şərh edərkən bildirdi ki, “Azərbaycanın AvroNest PA-da öz fəaliyyətini dayandırması niyyətini düşünülməmiş bəyanatın nəticəsi hesab etmək olar. Məncə, ölçüb-biçib müəyyən müddətdən sonra qərar qəbul edilməldir. Tələsik qərarların qəbul edilməsinin Azərbaycanın Qərblə münasibətlərinə zərər vura biləcəyi qənaətindəyəm. Ona görə də düşünürəm ki, belə bir addımı atmaq indiki durumda Azərbayanın ziyanına ola bilərdi”.
Millət vəkili Fərəc Quliyevin “Unikal”a söylədiyinə görə, “Unutmaq lazım deyil ki, hər bir qanunverici qurumda olduğu kimi Avronestdə də nə müxtəlif maraqları və baxışları təmsil edən şəxslər və siyasətçilər var. Buna görə də hansısa qurumun tərkibindəki bir neçə nəfərin münasibətini biz bütövlükdə beynəlxalq qurumun mövqeyi kimi qəbul etməməliyik. Əksinə, çalışmalaıyıq ki, bu qurumdan mümkün qədər səmərəli şəkildə istifadə edib milli dövlətçilik maraqlarımız byenəlxalq səviyyədə qoruya bilək”.
Alı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33