İran-Qərb sövdələşməsi bölgəyə nə verəcək?
12:39 01-11-2013
CƏMİYYƏT
İran-Qərb sövdələşməsi bölgəyə nə verəcək?
Hizbullah hərəkatı Əlaqələndirmə şurasının sədri Hüseyn Allahkərəm İran prezidenti Həsən Ruhani təmsilçisinin ABŞ-la danışıqlar aparmasının “çox tələsik addım” adlandırıb.
“İran.ru”-nun məlumatına görə, o, qeyd edib ki, istənilən halda İran məsələsini hərbi yolla həll etmək ABŞ-ın variantlarındandır, İslam Respublikasına qarşı sanksiyalar hələ də qaldırılmayıb.
Livandan olan bu siyasətçinin sözlərinə əsasən, o və hərəkatı Həsən Ruhanini, onun Vaşinqtona yeni münasibətini bir halda dəstəkəyər ki, ABŞ İrana yanaşmasındakı “yekəxanalığı dəyişsin”.
Hüseyn Allahkərəm nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsində Tehranın əli boş qalacağından rahatsız olduğunu bildirib.
Mənbənin məlumatına görə, “Hizbullah”-ın yüksək vəzifəlisi hesab edir ki, indiki şəraitdə İran üçün ABŞ-la münaqişəli vəziyyətdə qalmaq, münasibətlərin “istiləşməsindən” sərfəlidir.
Politoloq Zərdüşt Əlizadənin “Unikal”a dediyinə görə, “İranın xeyli müddət ərzində gerçəkləşdirməyə çalışdığı nüvə proqramına görə Qərb-İran münasibətləri bu günə qədər anormal şəkildə gərginləşmişdi. Qərb inad edirdi ki, İran nüvə silahı istehsal etmək n iyyətindədir və onun bu cəhdini elə beşikdəcə boğmaq lazımdır. İran isə iddia edirdi ki, dinc nüvə proqramını həyata keçirməyə haqqı vaqr. Amma Qərb buna inanmadığı üçün İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bu sanksiyalar İran iqtisadiyyatını bərbad günə salıb və ölkədə əhalinin güzəranı tədricən ağırlaşır. Görünür, İranda nəhayət başa düşüblər ki, dünya birliyindən təcrid olunmanın davam etməsi onlara daha ağır nəticələr gətirə bilər və buna görə də Qərb dövlətləri ilə dialoq aparmağa meylləniblər. Bunun başqa yolu da yox idi. Çünki getdikcə ağırlaşan iqtisadi durum İranda sosial partlayışa və hakim rejimin məhvinə səbəb ola bilərdi”.
Politoloqun sözlərinə görə, “Qərbdə də başa düşməyə başlayıblar ki, İranla zor dilində danışmaq istənilən nəticəni verməyəcək. İrana hərbi müdaxilə bölgədə humanitar fəlakətə səbəb ola bilərdi. İranın hərbi potensialı kiafyət qədərdir və onu diz çökdürmək İraq və ya Əfqanılstan qədər asan olmayacaqdı. Məsələ burasındadır ki, bu hərbi müdaxilənin necə nəticələnəcəyi də ciddi şübhə altında idi. Buna görə də Qərb dövlətləri də İranla dialoqlara başlamağın alternativsizliyini hiss etməyə başlayıb”.
Politoloq Elşən Manafovun “Unikal”a bildirdiyinə görə, Əslində yalnış təsəvvür idi ki, islahatçı kimi tanınan Həsən Ruhanı prezident seçiləndən sonra tamamilə Qərbin maraqlarına xidmət edən siyasi oyun sərgiləyəcək. Yaddan çıxarmaq lazım deyil ki, Həsən Ruhani Hatəmi iqtidarı dövründə də Qərblə “5+1” formatında danışıqlar aparmışdı. Ruhani həmin dövrdə də İranın milli maraqlarından çıxış edən siyasətçi olub. Ona görə də Ruhaninin nüvə proqramından geri çəkilməsini demək sadəlövhlükdən başqa heç nə deyil. Həsən Ruhani islahatçı olaraq İranın hüquq, məhkəmə, hətta siyasi sistemlərində ciddi islahatların keçirilməsinə ehtiyacın olduğunu bəyan etmişdi. Güman etmək olar ki, Ruhani bu istiqamətdə addımlar atacaq”.
Politoloqun fikrincə, “İranda hal-hazırda Qərbin sanksiyaları nəticəsində sosial-iqtisadi vəziyyətin bir qədər ağırlaşmasına səbəb olur. Buna görə Ruhani Qərblə o kontekstdə razılığa gəlməlidir ki, İrana qarşı olan sanksiyalar ya yumşaldılsın, ya da ki, aradan qaldırılsın. Ruhani iqtidarı hər halda bunu nəzərə alacaq. Bütün hallarda Qərb sadəcə olaraq İranın uranı zənginləşdirməsi ilə əlaqədar proseslərində şəffaflığın tam mənada təmin ediləcəyi təqdirdə yaxın perspektivdə İranın nüvə enerjisindən istifadə etmək hüququnu tanıyacaq. Bu gün Fransa faktiki olaraq enerjiyə olan tələbatının 75%-ni nüvə enerjisindən ödəyirsə, İranı bu hüquqdan məhrum etmək düzgün olmazdı. Qərb ilk növbədə İranı dünyanın “şər üçbucağı”na aid etməkdən də geri çəkilməlidir. Əgər Qərb bu mövqeyindən geri çəkilməyəcəksə, iki tərəf arasındakı gərginlik yenidən yüksələn xətlə arta bilər. Nəzərə almaq lazımdır ki, Qərb və İran arasındakı gərginlik geopolitik baxımdan Rusiya və Çinin maraqlarına cavab verir. Rusiya, Çin və digər dövlətlər ABŞ-ın Yaxın Orta Şərqdə yeni dünya nizamı ilə bağlı geosiyasi layihələrinin əleyhinə çıxırlar. İran da bu məsələdə onlarla əməkdaşlıq edir”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10