Dindarlarla müxalifət arasında çəkişmə
13:28 03-11-2013
CƏMİYYƏT
Dindarlarla müxalifət arasında çəkişmə
İslamçılar aldandıqlarını indi başa düşdülər
Seçki öncəsi müxalifətin toplaşdığı “milli şura”dakılar hər cür maska taxaraq öz ətrafında müxtəlif təbəqədən olan insanları toplamağa çalışırdılar. Dindarların “müdafiəçisi” rolunda da çıxış edən “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli və onun tərəfdarları seçkidən sonra “rol”larını dəyişərək islamçılara çamur atmağa başladılar. Belə ki, Azərbaycan İslam Partiyası müxalifətin toplaşdığı “milli şura” ilə heç bir əlaqələrinin olmaması barədə bəyanatlarından sonra bu partiyaya qarşı hücumlar çoxaldı. Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli sosial şəbəkələrdə islamçıları təhqir edərək onlara qarşı xoşagəlməz ifadələr işlədib.
AİP-in sədr müavini Akif Heydərli başqanın müşavirinə cavab verib: “Mustafa Hacıbəylinin “Facebook” səhifəsində AİP-ə çamur atması əslində bataqlıqda olan şəxsin ağaca daş atmasına bənzəyir. Əslində onun atdıqları daş öz başına töküləcək, nəticədə bataqlıqda batıb gedəcək. Arif Hacılının qardaşı təbii ki, hər şeyə qardaşının həbsxanaya necə düşüb-çıxması ilə münasibət bəsləməlidir.”
AİP rəsmisi onu da bildirdi ki, təmsil olunduğu qurum “Vətən” Blokunun tərkibində seçkiyə çox böyük ləyaqətlə qoşuldu və üzərinə heç bir qara pərdə atmadı: “Mustafa Hacıbəylinin təmsil olunduğu qurumun üzərinə örtülən pərdədə bir dəlik var idi ki, həmin dəlikdən hər şey çox aşkar görünürdü.”
O, bildirib ki, Mustafa Hacıbəyli kimilərin bəzi xarici ölkələrin səfirlərinin təlimləri ilə hərəkət etməsi açıq-aşkar görünür: “Onlar bəzi xarici qüvvələrin layihələrini və tapşırıqlarını canla-başla həyata keçirirlər. Əslində islamçılara əl açan Müsavat Partiyası idi. Biz bəziləri kimi xalqı küçələrə tökərək döydürüb, sonra qaçıb gizlənmirik. Mübarizəmiz aşkar və şəffaf şəkildə həyata keçirilir. Maraqlıdır ki, bəziləri nə vaxta kimi xalqı Qərb təşkilatlarının marağına qurban verəcəklər. Biz Amerikaya gedib xalqın taleyini müzakirə etmirik. Xalqın taleyini onların özləri ilə müzakirə edib qərar veririk.”Ekspertlər bildirir ki, prezident seçkiləri ərəfəsində dindarların müxalifətə bir meyli yaranmışdı. Bu isə hicab olaylarında müxalifətdən dəstək almalarına görə idi. Buna görə də Milli Şura yaradılanda dindarlar bu təşkilata yaxınlaşdılar. Amma Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun bir müsahibəsindən sonra islamçılar tərəddüd etməyə başladılar. Belə ki, Rüstəm İbrahimbəyov müsahibələrinin birində donuz ətini sevdiyini və şərabdan istifadə etdiyini bildirmişdi. Bu açıqlamadan sonra iki islamçı Milli Şuradan istefa verdi. Bundan başqa seçkilər zamanı müxalifət daxilində baş verənlər islamçılara yanıldıqlarını göstərdi. Buna görə də qısa müddətdən sonra islamçılar bütövlüklə müxalifətdən imtina etdi. Bu gün isə maraqlıdır ki, cəmiyyətdə bir müxalifət islamçı qarşıdurması yaranmağa başlayıb. Ən gülməlisi isə budur ki, islamçıları müxalifətə cəlb etmək üçün AXCP rəhbərliyinin böyük hissəsi özünü dindar kimi göstərməyə başladılar və namaz qılanların sayı artdı. Amma seçkilər sona çatandan sonra aydın oldu ki, müxaliflərin islamlaşması da bir saxtakarlıq imiş və buna görə dindarlar bir dəfəlik müxalifətdən imtina etdilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10