ASALA və başqaları: qana susamışların "səssizliyi"
Terror təşkilatları çətin duruma düşəndə, onlara qarşı aparılan əməliyyatlar aktivləşəndə bir qayda olaraq fəaliyyətlərini "müvəqqəti dondurur", qanlı aksiyalarında fasilələr edirlər.
Belə sakitlik aylarla, bəzən illərlə davam edə bilər.
Yaxud da terror təşkilatı mübarizənin yön və formatını dəyişdiyini bəyan edərək siyasi təşkilata çevrildiyini bildirir. Belə hallar adətən həmin təşkilatın və ya qruplaşmanın teraktları reallaşdırdığı dövlətin təhlükəsizlik qüvvələrinin antiterror əməliyyatlarının effektivliyinin artdığı, terror təşkilatının "atəşkəs"ə vadar edildiyi zamanda və məkanda olur.
Ermənilərin terror qruplaşma və təşkilatlarında da bəhs etdiyimiz proses müşahidə olunur. Bəziləri ötən əsrin əvvəllərindən fəaliyyətdə olan erməni terror qruplaşma və dəstələrin son illərdə zahirən passivləşdiklərini, aktiv terror fəaliyyətlərini dayandıraraq siyasi mövcudluq halını seçdiklərini vurğulayırlar.
Belə təşkilatlar əvvəlki dönəmlərdən fərqli olaraq çoxsaylı qurbanlarla müşayiət olunan hücum və ya teraktları reallaşdırmır, sui-qəsdlər təşkil etmir, hədəf saydıqları ölkə, şəxs və ya qurumlara qarşı "siyasi mübarizə"yə başladıqlarını vurğulayırlar.
Fəqət tarix göstərir ki, bəlli terror təşkilatları "siyasiləşmə"yə üz qoyduqlarını bəyan etsələr də, onlar sadəcə, fəaliyyətlərinə zəruri ara veriblər və istənilən an - daha doğrusu, məqbul saydıqlaır zamanda - yenidən qanlı aksiyalara başlamağa hazırdırlar.
Yetər ki, şərait, imkan və müvafiq potensial olsun.
Bununla yanaşı, ermənilərin terror təşkilatları hazırda Ermənistanın özü ilə yanaşı, Azərbaycanın işğal altında olan ərazilərində də fəaliyyət göstərirlər.
Həmin təşkilatlar Dağlıq Qarabağda xüsusilə aktivdirlər.
Belə ki, ermənilərin ASALA terror təşkilatının fəaliyyəti Ermənistanda kağız üzərində qadağan olunsa da, təşkilatın üzvlərinin Ermənistanda və Dağlıq Qarabağda geniş dayaqları var. Eyni zamanda ASALA-nın müxtəlif adlar altında fəaliyyət göstərən onlarla qurumu və qruplaşması da var.
Əldə edilmiş məlumatlara əsasən, "ASALA" erməni terror təşkilatının üzvləri və onların təmsil olunduğu ayrı-ayrı qurumlar Ermənistanda, işğal olunmuş Azərbaycan ərazisində və Dağlıq Qarabağda fəaliyyət göstərir.
Hər ilin yanvar ayında Ermənistanda ASALA-nın yaradılmasının ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Yerevanda Arno Babacanyan adına mərkəzi konsert zalında ASALA-nın ildönümünə həsr olunmuş tədbirə ASALA-çılarla yanaşı, Ermənistanın tanınmış ziyalıları və diaspora təmsilçiləri də qatılırlar.
Veb-məkana gəldikdə isə, ASALA hazırda www.hayasala.com və www.asalaonline.com saytları vasitəsilə üzvləri və tərəfdarlarına xitab edir.
Terror təşkilatının bəzi mənsubları Ermənistandakı "Uxt Ararati" təşkilatında fəaliyyətdədirlər.
"Uxt Ararati" - ASALA veteranları və keçmiş siyasi məhbusların vətənpərvər ictimai təşkilatı ASALA-çıların təşəbbüsü ilə yaradılmışdır. İctimai təşkilat kimi Ermənistanda insan hüquqlarının müdafiəsi və xaricdə "soyqırımın" təbliğinə dair fəaliyyət göstərir, müəyyən siyasi proseslərə dair bəyanatlar verməklə kifayətlənir. Belə bəyanatların birində, Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair "Madrid prinsipləri" ilə razılaşmasına etiraz olunur. Təşkilat tərəfındən "Uxt Ararati" jurnalı nəşr etdirilir (Ünvan: Yerevan ş, Aqatanqeğos küç. ev 8, tel: +374-10-525190, 10- 516190, 91-303792) həmçinin [email protected] elektron ünvanı və www.oukhtararati.comİnternet saytı fəaliyyət göstərir.
Təşkilatın bəzi üzvləri və onların fəaliyyətlərinə nəzər salaq:
1. Alek Yeniqomşyan. Hazırda "Uxt Ararati" təşkilatının şura üzvü, "Sardarapat" hərəkatının təşəbbüs qrupunun üzvü, "Monte Melkonyan" fondunun icraçı direktorudur.
2. Varujan Karapetyan. Azadlığa buraxıldıqdan sonra Ermənistana gəlmiş, həmin vaxt İrəvanın bələdiyyə başçısı olan Robert Nazaryan onu iş və evlə təmin etmişdir. Hazırda o, Ermənistanın Dilican şəhərində yaşayır və Ermənistanda nəqliyyat şirkətinin sahibidir, "Uxt Ararati" təşkilatının şura üzvüdür.
3. Vazgen Sislyan. Azadlığa buraxıldıqdan sonra Ermənistana qayıtmış, "Uxt Ararati" təşəbbüsünün şura üzvü, "Hnçak" partiyasının üzvüdür.
4. Akop Culfayan. Azadlığa buraxıldıqdan sonra Ermənistana gəlmiş, hazırda "Uxt Ararati" təşəbbüsünün şura üzvüdür, bitərəfdir.
5. Martiros Jamkoçyan. Azadlığa buraxıldıqdan sonra Ermənistana gəlmiş, Qarabağ döyüşlərinin iştirakçısıdır, hazırda "Uxt Ararati" təşəbbüsünün şura üzvüdür.
6. Simon Nairyan. Azadlığa buraxıldıqdan sonra Ermənistana gəlmişdir, hazırda "Uxt Ararati" təşəbbüsünün şura üzvüdür.
7. Gevork Güzelyan. Azadlığa buraxıldıqdan bir müddət sonra Ermənistana gəlmişdir, "Hnçak" partiyasının üzvüdür, hazırda Ermənistanda yaşamır.
ASALA-çılar digər təşkilatlar da təsis etmiş və ya başqa təşkilatlara üzv olmuşlar. Belə ki, ASALA üzvü olmuş və 1993-cü ildə Qarabağda döyüşlər zamanı məhv edilmiş Monte Melkonyanın şərəfınə "Monte Melkonyan Xeyriyyə Fondu" yaradılmışdır. Fondun icraçı direktoru ASALA-çı Yeniqomşyan Alek, sədri - M.Melkonyanın həyat yoldaşı Seda Melkonyandır. "Monte Melkonyan Xeyriyyə Fondu"nun baş ofısi ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Fondun Yerevan şəhəri, Y.Koryun küçəsi 5 ünvanda nümayəndəliyi fəaliyyət göstərir. Ünvanda +374-10-541104 və +374-10-581102 nömrəli telefonlar quraşdırılmışdır. Fond öz fəaliyyətini www.melkonian.orgİnternet saytı, həmçinin San-Fransiskoda nəşr olunan "Sardarapatpress" qəzeti vasitəsilə işıqlandırır. Həmin qəzetin baş redaktoru Edik Bağdasaryandır. Fondun [email protected] İnternet poçt ünvanı mövcuddur.
Fond tərəfındən Dağlıq Qarabağın Laçın rayonunun Karegah kəndində, Laçın şəhərində, Ağdərə rayonunun Mağavuz kəndində, Hadrut rayonunun Saralanc və Arakel kəndlərində, Xocavənd rayonunun Berdaşen kəndində, Fizuli rayonunun Artuni kəndində, həmçinin Ermənistanın Naxçıvan MR-lə həmsərhəd Xaçik və Azatavan kəndlərində "Qarabağın inkişafı" adı altında müxtəlif sahələrdə sosial layihələr həyata keçirilmişdir. Layihənin bilavasitə rəhbəri Marina Bedoyandır və adı çəkilən kəndlərdə içməli su xətləri, gənclər üçün incəsənət Mədəniyyət Mərkəzi, xəstəxanalar və məktəb tikilmiş, kənd təsərrüfatının inkişafına maliyyə yardımı göstərilmişdir. Bu layihənin məqsədlərindən biri də əhalini Dağlıq Qarabağın boşalmış kəndlərində məskunlaşmasına cəlb etməkdir. Şarl Aznavur Ermənistan və Dağlıq Qarabağa edilən humanitar yardımların düzgün istifadə olunmadığı və mənimsənildiyi barədə dəfələrlə açıqlamalar verərək, narazılıq ifadə etmişdir. Buradan belə qənaəti gəlmək olar ki, "Monte Melkonyan Xeyriyyə Fonduna" da edilən yardımlar ASALA-çılar tərəfındən mənimsənilir, eyni zamanda mənimsənilən vəsaitlərin terrorçuluq fəaliyyətində istifadəsi ehtimalını yaradır.
... Göründüyü kimi, ASALA və digər erməni terror təşkilatları fəaliyyətlərinə guya "son" verdiklərini, artıq sırf siyasi proseslərə qatıldıqlarını bəyan etsələr də, məram və planlarında heç bir dəyişikliklər etməyiblər.
Əli
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40