Bakıda silahlı insident baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, kişi tüfənglə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli