Savat idman növü üzrə Dünya Kubokunun qalibi olan idmançımız Əli Bəylərzadə hazırda fəhləçilik edir.
Bu barədə idmançı "Unikal"a açıqlamasında bildirib ki, o, qarpız satışı ilə məşğul olur.
Qızıl medalçımızın sözlərinə görə, Avstriyanın Veyz şəhərində keçirilən klublararası Dünya Kubokunda qalib olub: "Hazırda idmandan gəlir yerim olmadığı üçün fəhləçilik edirəm. Sumqayıtda yaşayıram, amma sezonluq işlə bağlı hazırda Füzuliyə gəlmişəm. Özümü kikboksinq idman növündə də sınamışam. Kikboksinq Federasiyasından Türkiyəyə aparmaq üçün 3-4 min manat pul istədilər. Açığı, mənim də o qədər pulum yox idi deyə gedə bilmədim.
Amma nazirlik dəstək oldu, bizi pulsuz aparanda savat idman növündə birinci yeri tutmuşam. Dünya Kubokunun qalibi, eləcə də Dünya və Avropa üçüncüsü olmuşam. Qalib olduqdan sonra da heç bir mükafat verilməyib.
Ötən ay Sloveniyadakı Dünya Çempionatından üçüncülüklə qayıtdım. Gördüm ki, yenə dəyər verilmir".
Seymur Əli
















.jpg)

.jpeg)








.jpg)



















