Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən müdafiəçi Elçin Mustafayev yeni iş yeri müəyyənləşmək üzrədir.

"Unikal" fanata-a istinadən xəbər verir ki, sözügedən oyunçu karyerasını 1-ci Liqada davam etdirəcək.

26 yaşlı futbolçu Premyer Liqada sonuncu yeri tutaraq elitadan düşən "Karvan-Yevlax"la anlaşıb. Tərəflərin yaxın vaxtlarda müqavilə bağlayacağı gözlənilir.

Yevlax komandasına hazırda ötən "futbol ili"ndə "Mingəçevir"i çalışdırmış Ramiz Məmmədov rəhbərlik edir. Klub Məmmədovun təyinatını rəsmən açıqlamayıb.