UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk qol vurulub.
"Unikal" xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabı açıb - 1:0.
5-ci dəqiqədə Jali Muaddib fərqlənib.
*** 00:11
UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyada "Vestri" və "Qarabağ" komandaları arasında cavab oyunu başlayıb.
"Unikal" xəbər verir ki, Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Qeyd edək ki, "Qarabağ" ilk matçda rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
*** 23:21
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada üz-üzə gələcək "Vestri" və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.
"Unikal" xəbər verir ki, komandalar Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçiriləcək görüşə aşağıdakı həyətlərlə çıxacaqlar.
"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua
Baş məşqçi: Daniel Osafo-Badu
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo
Baş məşqçi: Qurban Qurbanov
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda Ağdam klubu 3:0 hesabı ilə qalib gəlib.











.jpg)

















.jpeg)

.jpg)


.jpg)






















