Ukraynada yerləşən müdafiə şirkəti "Fire Point"in baş direktoru İrina Terex, hazırladıqları kamikadze dron və raket sistemləri ilə Rusiyanın ən böyük qorxularından birinə çevrilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Fire Point" Rusiya-Ukrayna münaqişəsində inkişaf etdirdiyi müdafiə texnologiyaları ilə diqqəti cəlb edən şirkətlərdən biri kimi seçilir. Şirkətin "Flamingo" raketləri və "FP-1" kamikadze dronlarının Rusiyanın hava hücumundan müdafiə sistemlərini aşdığı və strateji hədəfləri vurduğu bildirilir.

Şirkətin baş direktoru İrina Terex müharibə başladıqdan sonra istehsal gücünü sürətlə artırıb. Bu gün "Fire Point" Ukrayna ordusu üçün lazım olan sistemləri kütləvi şəkildə istehsal edir və ölkənin müdafiə sənayesində mühüm rol oynayır.
Lakin diqqət çəkən məqamlardan biri də şirkətin xanım CEO-sudur.

İrina Terex Ukraynanın böyük müdafiə texnologiyaları istehsal şirkəti olan "Fire Point"in baş direktorudur. O, FP-5 "Flamingo" kruiz raketi və dərin zərbəli dronlar da daxil olmaqla, qabaqcıl uzun mənzilli zərbə imkanlarının istehsalına rəhbərlik edir. 1992-ci ildə Xarkovda anadan olan xanım Kiyev Milli İnşaat və Memarlıq Universitetində memarlıq təhsili alıb. O, müdafiə sənayəsinə gəlməmişdən əvvəl öz şəxsi biznesi TEREKH.group-u qurub.

O, şirkətin cəmi bir neçə işçisi olduğu bir vaxtda müharibə dövründə istehsalatı sıfırdan sürətlə genişləndirmək üçün 2023-cü ilin yayında "Fire Point" şirkətinə İstehsalat Direktoru kimi qoşulub. Onun əməliyyat və texniki rəhbərliyi altında (CTO və CEO kimi) şirkət əhəmiyyətli dərəcədə genişlənib - minlərlə işçiyə çatıb və aylıq istehsalını minlərlə dəqiq silaha qədər artırıb.
Dünyaca məşhur "Forbes" jurnalı İrina Terexi yeni nəsil Ukrayna sənaye liderləri kimi qeydə alıb.
Gülayə Mecid





.jpg)






























.webp)










