14 yaşlı qız evdən qaçdı və ...
10:58 27-11-2013
İQTİSADİYYAT
14 yaşlı qız evdən qaçdı və ...
Onu zorlayan 22 yaşlı oğlan günahını boynuna almayıb
Ölkəninn daxili işlər orqanları həyəcan təbili çalmağa başlayıb. Belə ki, hədd-buluğa çatmamış qızlar azadlıq və sərbəstlik axtarışında tez-tez evdən qaçmağa başlayıblar. Lakin onlar bunun əvəzində zorakılıq və təcavüzlərlə üzləşirlər. 25 gün əvvəl Bakının Binə qəsəbəsində 14 yaşlı S.V. itkin düşüb. Valideynləri onun itməsi barədə Xəzər Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində səkkizinci sinfin şagirdi S.V. Səbail rayonunun ərazisində tapılıb.
İlkin təhqiqat zamanı məlum olub ki, S.V. Səbail rayonundakı kafelərin birində gecə saat 3-də qəribə şəkildə zorlanıb. Buna görə də qız evə qayıtmaq istəməyib.
Əməliyyatçılar qızı zorlayan 22 yaşlı oğlanı da tapıblar, lakin o, günahını boynuna almayıb.
Hüquq müdafiəçisi Səadət Bənənyarlının “Unikal”a dediyinə görə, “Yeniyetmə qızların evdən qaçmasının bir neçə səbəbi var. Başlıca səbəb odur ki, bu qızların təhsil aldıqları orta məktəblərdə təlim-tərbiyənin səviyyəsi bərbad vəziyyətdədir. Tarixən görmüşük ki, şagirdin məktəbə qarşı sayğılı, həm də qarşısıalınmaz marağı, münasibəti olub. Çox təəssüflər olsun ki, son onilliklərdə Azərbaycan məktəbi əvvəlki nüfuzunu itirməyə başlayıb. Bu nüfuzdan düşmənin səbəbləri barədə çox danışılıb və həmin fikirləri bir daha təkrarlamaq istəmirəm”.
Səadət xanımın sözlərinə görə, “Bu qaçışların əsasında duran ikinci mühüm səbəb ailədaxili münasibətlərin hədsiz dərəcədə korlanmasıdır. Valideynlər öz övladlarını başa düşmək və onlarla ümumi dil tapmağa cəhd etmək əvəzinə amiranə tonda danışmağı, diqtə etməyi üstün tuturlar. Nəticədə uşaqlarla valideynlər arasında uçurum, etimadsızlıq və soyuqluq yaranır. Üçüncü mühüm səbəb isə sosial amillərlə bağlıdır. Sirr deyil ki, ailə başçıları yeniyetmələrin bütün istək və tələblərini ödəmək iqtidarında deyillər. Nəticədə də ailə başçısı ailədə öz nüfuzunu itirir. Bununla belə, hesab edirəm ki, evdən qaçmış yeniyetmə qız küçədə onu nələrin gözlədiyindən də xəbərsiz deyil. Çünki KİV bu kimi faktlar barədə kifayət qədər yazıb”.
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun “Unikal”a dediyinə görə, “Valideylərin diqqət edəcəyi məqamlar çoxdur. Çünki hər bir yeniyetmənin özünəməxsus psixoloji halları olur. Yeniyetmənin bir devizi var: məni heç kim anlamır, başa düşmür. Proses, ilk növbədə, fiziki inkişaf, dəyişiklikdən və onun yaratmış olduğu müəyyən psixoloji davranışlar, münasibətlərdən formalaşır. Adətən, oğlanlarda gedən bu inkişaf nəticəsində səs dəyişikliyi yaranır, orqanizmin müəyyən hissəsi inkişaf edir, kənardan diqqət, sevib-sevilmək istəyirlər. Fikir versək, görərik ki, yeniyetmələr gündə bir nəfərə aşiq olacaqlar. Müəyyən mahnılara qulaq asırlar ki, ailə üzvləri o mahnıları qətiyyən eşitmək istəmirlər. Onlar isə əksinə daha yüksək səslə qulaq asacaq və göstərmək istəyəcəklər ki, siz heç nə başa düşmürsünüz, əsl musiqi budur. Valideynlərinin dünyadan bir şey anlamadıqlarını düşünürlər”.
Psixoloq qeyd edir ki, problemə də yol açan ailənin bu çətinliklərə dözməməsi olur: “Belə olan təqdirdə valideyn şiddətə meyl etməyə başlayır. Hər hansı yoldan yayındırmaq üçün cəzalandırma üsulunu seçir. Bu cəza metodu yeniyetmənin evdən uzaqlaşmasına, zərərli vərdişlərə qurşanmasına, dərslərindən uzaqlaşmasına və daha çox cəmiyyətdə neqativ, pis mövqe tutan insanlarla yaxınlaşmasına gətirib çıxarır”.
Psixoloqun fikrincə, yeniyetmələrin beynində bir zərərli şey də var ki, asan peşə üsullarını, karyera qurmaq metodlarını seçirlər: “Məsələn, oğlanlar deyir ki, mən futbolçu olacam. Burada söhbət futbolçunu aşağılamaqdan və onun zəhmətini dəyərləndirməməkdən getmir. Söhbət ondan gedir ki, onlar oxumaq istəmədiklərindən bu yolu seçirlər ki, idmandı da, nə var ki? Bir gün də qalib olmaqla hər şeyimiz olacaq. Valideynlər bu məqama diqqət göstərməlidirlər”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53