Zərdabda idarə rəhbərləri təşfiş içindədir
Zərdabda idarə rəhbərləri təşfiş içindədir
İcra başçısı Lütfəli Babayev idarələrə “agent” yerləşdirib

Prezident seçkilərindən sonra əksər rayon icra hakimiyyəti başçıları öz postunu itirmək qorxusunu yaşadı və hazırda bu qorxu yenədə qalır. Çünki son zamanlar bölgələrdə uğursuz idarəetmə və vətəndaşların incidilməsi halları artıb və prezident İlham Əliyev bunlardan xəbərdardır. Buna görə də son müşavirələrdən birində prezident bunu açıq şəkildə bəyan etdi və çox ciddi ,sərt addımların atılacağını söylədi.
Andiçmə mərasimində də prezident bir daha bu məsələnin üzərinə qayıtdı və korrupsiyaya qarşı sərt mübarizəyə başlanacağını söylədi. Məhz bundan sonra yerli icra başçıları daha da gərginləşdilər. Deyəsən bu gərginliyi daha maraqlı formada əks etdirən isə Zərdab rayonunun icra hakimiyyətinin başçısı Lütfəli Babayev oldu. “Unikal”a rayondan daxil olan məlumata görə Lütfəli Babayev prezident seçkilərindən sonra rayondakı əksər idarə və müəssisə rəhbərlərini xüsusi nəzarətə götürüb, bəzi hallarda hətta onlar açıq şəkildə izlənilirlərdə.Buna görə də əksər rayon idarələrində icra başçısına yaxın olan şəxslər kiçik vəzifələrə yerləşdirilib. Bunun isə iki səbəbdən olduğu söylənilir. Birinci səbəb budur ki, Lütfəli Babayev narahatdır ki, rayondakı idarə rəhbərlərindən kimlərsə onun yerinə keçmək üçün aktivlik göstərsin. Buna görə indidən onları izlədir ki, bütün hərəkətlərindən xəbərdar olsun. Digər səbəb isə budur ki, Lütfəli Babayev demək olar ki, idarələrə ayrılan vəsaitləri tam öz nəzarətinə götürüb və rayonda abadlıq işləri aparmaq adı ilə hər ay idarə rəhbərlərindən fantastik həddə pullar aldırır. Mənbənin sözlərinə görə Lütfəli Babayev hətta rəhbər şəxslərin hansı restoranda yemək yediklərinə, nə qədər hesab ödəmələrinə də diqqət yetirir və buna uyğunda onlarla ünsiyyət qurur. Elə bunun nəticəsidir ki, rayondakı idarə rəisləri təşfiş içindədirlər və abadlıq adı ilə pul ödəmələrə görə müflis hala düşüblər və bəziləri hətta borc içindədir. Bütün bunlarla bağlı, həmçinin Lütfəli Babayevin keçmişi və bu günü ilə bağlı olan müəyyən faktlarıda əldə etmişik və araşdırmalar sona çatandan sonra nəzərinizə çatdıracağıq.
İnformasiya şöbəsi