Ermənistan kabab qoxusuna gedirdi, amma gördü ki...
Ermənistan kabab qoxusuna gedirdi, amma gördü ki...

Ermənistanın sakinləri hələ də yeni bloka üzvlüyün onlar üçün nə demək olduğunu anlamağa cəhd edirlər

Ermənistanın Gömrük Birliyinə daxil olması bu ölkənin iş adamları arasında ciddi xof yaradıb. Onlar hesab edirlər ki, paraları rus biznesinin qurbanına çevriləcək. Güman edirik ki, bu perspektivi obyektiv şəkildə təhlil etmiş analitik Tiqran Gevorkyanın Armenia Today saytında dərc edilmiş aşağıdakı məqaləsi oxucularımız üçün də maraqlı olacaq...

Postsovet ölkələrinin ticarət blokuna daxil olması idxal edilən malların əksəriyyətinin qiymətinin qalxmasına səbəb ola bilər. Ermənistan hökuməti Moskvanın başçılıq etdiyi Gömrük Birliyinə girməyə doğru irəlilədikcə sahibkarların çoxu ticarət razılaşmasının onların əldə etdikləri qazanca necə təsir edəcəyindən ehtiyatlanır.
Baş nazir Tiqran Sərkisyan noyabrın 6-da Gömrük Birliyinin rəhbər orqanının – Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko ilə memorandum imzalayıb daxilolma prosesinin rəsmi başlanğıcını qoydu.
Ümumi əhalisi 170 milyon nəfər olan Rusiya, Belarus və Qazaxıstan Gömrük Birliyinin üzvüdür. Qırğızıstan daxil olmağa hazırlaşır, Tacikistan isə bunu gələcəkdə edə bilər. Blok yaradılması 2015-ci ilə nəzərdə tutulan daha geniş layihənin - Avrasiya İqtisadi Birliyinin bir hissəsidir.
Bu, birlikdə götürüldükdə Rusiya, Belarus və Qazaxıstanla Ermənistanın sakinləri hələ də yeni bloka üzvlüyün onlar üçün nə demək olduğunu anlamağa cəhd edirlər. Quruma daxil olmaq Ticarət Birliyinin digər üzvləri ilə ticari maneələrin aradan qaldırılacağını bildirir, lakin eyni zamanda başqa ölkələrdən idxal olunan malların gömrük rüsumları da artacaq.
Ticarət həcmi Avropa Birliyindən geri qalan Ermənistanı narahat etməlidir.
Məmurlar iddia edirlər ki, üzvlük 2008-ci ildəki maliyyə böhranından sonra özünə gəlməmiş iqtisadiyyata yardım edəcək, lakin hələlik heç bir detalı açıqlamayıblar.
Baş nazir Tiqran Sərkisyan Ukraynanın Seqodnya.ua informasiya saytına müsahibəsində bildirib ki, ölkə Gömrük Birliyinin üzvləri ilə sıx əməkdaşlıqdan səmərə əldə edəcək.
O eyni zamanda müəyyən risqlərin olduğunu etiraf edib: “Gömrük Birliyinin tarifləri üçüncü ölkələrlə gömrük rüsumlarımızı iki dəfədən çox üstələyir. Biz müəyyən çətinliklərlə üzləşəcəyik”.
Sərkisyan və digər məmurlar bu ilin sentyabrına qədər digər iqtisadi bloka – Avrasiya Birliyinə daxil olmağın üstünlükləri barədə praktik olaraq oxşar bəyanatlar veriblər. Prezident Sərkisyan Ermənistanın Gömrük Birliyinə daxil olmaq niyyəti barədə bəyanatı məhz buna görə hamının təəccübünə səbəb oldu. Avropalı məmurlar Ermənistanın iki müxtəlif ticarət müqaviləsi imzalaya bilməyəcəyi barədə aydın şəkildə bildirəndə bu ərəfədə Avropa Birliyi ilə uğurla başa çatmış “assosiativ razılaşma” barədə üçillik danışıqlar puça çıxdı.
Ermənistanın maliyyə nazirinin birinci müavini Karina Minasyanın IWPR-ə xəbər verdiyi kimi, Ermənisntanın GB-nə daxil olmasının yaradacağı təsirlər barədə hansısa proqnozlar vermək hələlik tezdir: “İndiki anda hesablamaların yekun məlumatları əlimizdə yoxdur və sizə rəqəmləri bildirməyə çətinlik çəkirəm. Çox şey ölkəmizin Gömrük Birliyinə daxil olma şərtlərindən asılı olacaq”.
Nazir müavini bildirib ki, hökumət Ermənistanın ticarət blokuna qoşulması üçün daha səmərəli şərtlər işləyib hazırlayası işçi qrup yaradıb.
Minasyan razılaşmanın mənfi və müsbətlərini ölçüb-biçərək bildirib: “Ermənistan malları və xidmətlərinin Rusiya, Belarus və Qazaxıstan bazarlarına gömrük rüsumu olmadan giriş əldə etməsini müsbət hesab etmək olar”.
Bizim üçün müşküllüsü budur ki, Gömrük Birliyinin üzvü olmayan ölkələrdən idxal edilən əksər mallara nisbətdə yüksək gömrük rüsumları mövcuddur. Ermənistan isə çox vaxt mal aparmır, gətirir.
Milli Statistika Xidmətinin son məlumatlarına görə, Ermənistanın xarici mal dövriyyəsinin 76%-nin Gömrük Birliyinə daxil olan ölkələrə dəxli yoxdur. Bu, ticarət tərəfdaşlarının əksəriyyətindən idxal edilən mallara rüsumun artmasını və uyğun olaraq Ermənistan sakinləri üçün istehlak qiymətlərinin yüksələcəyini bildirir.
Yerli sahibkarlar qorxurlar ki, ən sonda çətin duruma düşəcəklər.
Ermənistanın ən böyük ticarət-istehsalat şirkətlərindən biri olan “Güc” konserninin sahibi Xaçatur Sukiasyan xəbərdarlıq edir ki, sahibkarlar Gömrük Birliyinə üzv ölkələrin hazırda heç bir əlaqəmizin olmadığı iş adamları ilə əməkldaşlığa başlamalı olacaqlar: “Bunun hansı şərtlər daxilində baş verəcəyi aydın deyil. Bu yaxınlarda Minskdə görüş baş tutarkən aydın oldu ki, bu dövlətlərin başçıları yeni üzv dövlətlərin maraqlarını gözardı edərək Birliyə yeni üzvləri onlara sərf edən şərtlərlə qəbul etmək niyyətindədirlər. Hökumətimiz anlamalıdır ki, daxilolma prosesi asan olmayacaq, çünki Ermənistanın ərazi və resurslara görə geridə qaldığı və özəl maraqlarını qorumağa çalışan dövlətlər var. Erməni sahibkarları arasında xofu məhz bu yaradır”.
Arrow Global LTD investisya şirkətinə başçılıq edən iqtisadçı Samson Avetyan qorxur ki, Rusiya iqtisadiyyatı çətinliklərlə üzləşərsə, o zaman Gömrük Birliyinin qalan üzvləri bunun nəticələrini öz üzərlərində hiss edə bilər: “Beynəlxalq bazarda neftin yüksək qiymətinə baxmayaraq, son yeddi rüb ərzində dalbadal Rusiyanın iqtisadi yüksəlişi ləngiyir. Bu ondan xəbər verir ki, bu ölkə nəinki təkcə enerji daşıyıcılarının hesabına öz yüksəlişini təmin edə bilmir, həm də sistemli problemlərlə üzləşib. Rusiya artıq gələn il ciddi iqtisadi çətinliklərlə üzləşə bilər. Onlar iqtisadi yüksəlişi təmin etmək üçün, ehtimal ki, yüksək gömrük rüsumlarının hesabına bazarı bağlamağa çalışacaqlar... Bu, erməni iş adamları üçün o deməkdir ki, ümumi qapalı bazarda Rusiyanın iri biznesi tərəfindən udulmaq təhlükəsi qarşısında qalacaqlar”.

Tiqran Gevorkyan
(IWPR, Böyük Britaniya)