Ukraynadan sonra növbə Azərbaycanda
12:30 03-12-2013
İQTİSADİYYAT
Ukraynadan sonra növbə Azərbaycanda
Azərbaycan isə prinsiplərindən əl çəkmək niyyətində deyil
Ukraynada durum get-gedə gərginləşməkdə, Rusiya isə MDB ölkələrinə təzyiqini artırmaqdadır. Bu günlərdə Rusiya rəsmiləri bir daha bəyan etdilər ki, 2015-ci ildə Avrasiya İttifaqı rəsmən elan ediləcək. Bu isə o deməkdir ki, Avropa Birliyinin regiona nüfuz etməsinin qarşısı alınacaq. Düzdür hazırda Moldova ilə Gürcüstan Avropa Birliyi ilə bir sıra razılaşmalara nail oldular, Azərbaycan isə viza rejiminin sadələşdirilməsinə razılıq verdi.
Amma hazırda həm Avropa Birliyi həm də Rusiya təzyiqlərini artırmaqdadır. Rusiyanın təzyiqlərindən sonra Ukraynanın geri çəkilməsi baş verdi və ekspertlər hesab edir ki, bundan sonra təzyiqlərin ünvanı Azərbaycan olacaq. YAP rəsmisi Siyavuş Novruzov isə bəyan edib ki, bu təzyiqlər öncədən də olub və indidə var:-“ Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb ki, bu balanslaşdırılmış siyasətin də əsası Heydər Əliyev tərəfindən qoyulub, indi də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim kimi kiçik dövlətlərə nəzər salsanız, görərsiniz ki, bizim bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər var və bu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin iki, hətta üç dəfə artığı bizə var, amma nə qorxuruq, nə də çəkinirik. Bərabərhüquqlu tərəfdaşlıq əsasında öz xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik". Gördüyünz açıqlamadan da məlum olur ki, təzyiqlərə baxmayaraq Azərbaycan Avropa Birliyi ilə Rusiyaya münasibətdə maksimum dərəcədə neytrallığını saxlayacaq. Bu isə o deməkdir ki, yaxın bir neçə il ərzində Azərbaycan nə Avropa Birliyi ilə, nədə Avrasiya İttifaqı ilə ciddi əlaqələr qurmağa, bunlardan birini seçməyə maraqlı olmayacaq. Elə vitse-spiker Bahar Muradovada açıqlamasında bu məqama xüsusi diqqət ayırıb:- “Mən tərəfdarı deyiləm ki, hansısa bir ölkədəki vəziyyət Azərbaycandakı vəziyyət ilə müqayisə olunsun və yaxud birində baş verən hadisələr görə digəri üçün nəticə çıxarılsın. Bu yanlış bir yoldur. Bu ölkələrdəki ictimai-siyasi durum, iqtisadi vəziyyət, onların qarşısında dayanan hədəflər, bu hədəflərə getmək üçün seçdikləri yol fərqlidir. Azərbaycan regionda hər cəhətdən lider dövlət kimi öz mövqeyini açıq şəkildə dünyaya bəyan edir və bu mövqeyi də qəbul olunur. Bu vəziyyətlərin qarşı-qarşıya qoyulması və qarşılıqlı nəticə çıxarılması heç zaman doğru ola bilməz və hesab edirəm ki, hər kəsin bu istiqamətdə öz yolu var. Azərbaycan Avropaya inteqrasiyanı, bərabər hüquqlu münasibətləri müstəqil siyasət və iradə ortaya qoymaqla davam etdirməyin tərəfdarıdır və öz fəaliyyətində də bunu sübut edir. Azərbaycan qarşısına qoyulan hədəflərə addım-addım, mərhələ-mərhələ yaxınlaşmağın tərəfdarıdır. Hesab edirəm ki, gedilən yol da bu siyasətə uyğundur. Viza rejiminin sadələşdirilməsi sazişi sonrakı münasibətlərin də formalaşmasına ciddi təsir göstərən bir sazişdir və hesab edirəm ki, biz yolumuzdan dönməyəcəyik”. Amma ekspertlər hesab edir ki, Avropa Birliyi istər Azərbaycanın, istərsə də digər MDB ölkələrinin neytral qalması ilə razılaşmayacaq və maksimum dərəcədə Rusiyanın mövqelərini zəiflətmək üçün bu ölkələrə təzyiqini artıracaq. Hazırda isə növbə Ukraynadır və ekspertlər hesab edir ki, qısa zaman ərzində Yanukoviç hətta hakimiyyətini də itirə bilər. Bunu da qeyd edək ki, artıq bir neçə gündür ki, Ukraynada etiraz aksiyaları təşkil edib və get-gedə kirminal elementlər artmaqdadır. Bunu da vurğulayaq ki, Ukrayna müxalifəti artıq prezidentin impiçment məsələsini gündəmə gətirib və bunun davamı olaraq Avropa Birliyi Ukraynaya qarşı hansısa sanksiyaları tətbiq edə bilər
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17