Con Kerrinin bəyanatı nəyi dəyişəcək?
12:55 04-02-2014
CƏMİYYƏT
Con Kerrinin bəyanatı nəyi dəyişəcək?
ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatı səsləndirib. Bəyanatda deyilir: “Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəyəm.
ABŞ və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlimdən gələni edəcəm”.
Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistana hansı formada təsir edə bilər?
Politoloq Qabil Hüseynli “Ünikal”a verdiyi açıqlamada bildirib ki, “Bu birinci dəfə deyil ki, Con Kerri və ya ABŞ-ın digər səviyyəli şəxisləri münaqişənin sülh yolu ilə həll edilməsi haqqında fikir söyləyirlər: “Rusiya da bunu deyib, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin hamısı bunu söyləyir. Amma nədənsə onlar mövcud reallığın bütün nüanslarını nəzərə almırlar. İndiyə qədər baş verən budur ki, bir dövlət başqa bir dövlətin ərazisinin 20 faizini işğal edib. Beynəlxalq hüqüq işğal faktına siyasi qiymət verilməsini tələb etməlidir. İşğalçıya qarşı müəyyən sanksiyaların və onun cəzalandırılması və işğal edilmiş torpaqların qeyd-şərtsiz azad edilməsini tələb etməlidir. İşğalçı ilə işğala məruz qalan dövlət arasında kompromis axtarmamalıdır. Azərbaycan da münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bu şərtlə ki, Ermənistan işğal etdiyi torpaqları tərk etsin. Eyni zamanda Azərbaycana dəymiş maddi ziyanı təzminat şəkilində ödəməyi öhdəsinə götürsün. Bunun, ən azı, kiçik də olsa, məqbul şərtləri var. İndiyə qədər danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyinə məhəl qoymadan Azərbaycanı bəlli bir güzəştlərə vadar etməyə cəhd edirlər. Həmin ərazidə Azərbaycanın ərazi bütovlüyündən də danışırlar. Bununla yanaşı, oradakı ermənlərin öz müqəddəratını təyin etmək hüququndan danışırlar. Belə şəraitdə Con Kerrinin də, elə başqalarının da məsələni sülh yolu ilə həll etmək fikirləri dekorativ xarakteri daşıyır. Çünkü onlar məsələnin bütün anatomiyasına və məğzinə varmadan tərəflər arasında bərabərlik işarəsi qoyublar . Mənim zənnimcə, bu məsələyə əvvəlcədən düzgün yanaşmayıblar. Bu da münaqişənin həllinə maneə törədir”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Qulizadə “Ünikal”a açıqlamasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ABŞ-ın həll edəcəyini bildirib: “Bu cəhətdən ABŞ təşəbbüsü ələ alıb. Rusiya ondan geri qalır. Mən elə düşünürəm ki, münaqişəni ABŞ beynəlxalq hüquq çərçivəsində həll edəcək. ABŞ Azərbaycanla və Cənubi Qafqazla sürətli əməkdaşlıq edəcək. Cənubi Qafqaza sülh gələcək. Bu regionda olan ölkələr də Avropaya inteqrasiya olunacaqlar”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə “Ünikal”a açıqlamasında nə ABŞ-ın, nə Rusiyanın, nə də Fransanın bu problemi həll etmək istədiyini bildirib: “Ermənistan-Azərbaycan münaqişəsi olduqca Ermənistan Rusiyanın itaətində duracaq və Rusiya da Azərbaycana təziqlər edəcək. Ona görə də bu bəyanatı sıradan biri hesab edirəm. İnanmıram ki, bu bəyanatla nəsə dəyişəcək”.
Abbas Qəmli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10