Ölkə bələdiyyələri dünya təcrübəsinə keçməlidir
11:01 05-02-2014
CƏMİYYƏT
Ölkə bələdiyyələri dünya təcrübəsinə keçməlidir
Avropanın bir çox inkişaf etmiş ölkələrinin böyük şəhərlərində bələdiyyələrin fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmizdə Bakı və Gəncə kimi böyük şəhərlərin bələdiyyələri yoxdur. Ölkəmizdə bələdiyyələrin inkişaf etməsi üçün bu sistemə keçməyin vacibliyi qabardılır. Ümumən bələdiyyələr ölkəmizdə nə dərəcədə işlək mexanizimdir? Dünya təcrübəsinə keçməyə lüzum varmı?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Ünikal”a açıqlamasında bələdiyyələrin ölü bir mexanizim olduğunu bildirib: “Lakin müəyyən qanunlar qəbul olunur və bu qanunlar icra olunsa, əlbəttə ki, təyinatı üzrə işləsə, bələdiyyələrin böyük səlahiyyəti olacaq. Hələlik buna imkan verilmir. Hər halda, son vaxtlar aparılan dəyişikliklər bələdiyyələri gələcəkdə işlək orqana çevirəcək. İndiki halda bələdiyyələr səlahiyyətləri olan və onu icra edə bilməyən bir orqandır. İcra hakimiyyətləri imkan verərsə, onların səlahiyyətləri artırılsa, daha yaxşı olar. Bələdiyyələrin iri şəhərlərdə yaradılması dünya təcrübəsində var. Bu özünü doğrultmuş və çox bir müsbət haldır. Belə olan təqdirdə bələdiyyələr özünü doğruldar. Məsələn,Türkiyədə böyük şəhərlərdə - İstanbul, Ankara və digər şəhərlərdə belə təcrübədən istifadə edirlər və özünü doğruldur. Ona görə də bələdiyyələrin bu gün iri şəhərlərdə yaradılmasına ehtiyac var. Elə Bakı şəhər bələdiyəsini yaratmaq olar. Ümumən hesab edirəm ki, Azərbaycanda bununla bağlı islahatlar aparılmalıdır. Eyni zamanda, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır. Mən bələdiyyələrin gələcəkdə işlək mexanizim olacağına inanıram”.
Demokartik İslahatlar Partiyasının sədri, millət vəkilıi Asim Mollazadə “Ünikal”a açqlamasında bələdiyyələrin artıq uzun müddətdir faliyyət göstərdiyini bildirib: “Mənə elə gəlir ki, bələdiyyələr tədricən sistemləşibdir. Əvvəlki illərlə müqayisədə xeyli irəliləyişlər vardır. Amma bütövlükdə bu sistemi inkişaf etdirmək lazımdır. Onların səlahiyyətləri bir o qədər yoxdur. Ancaq məhdud çərçivədə bir çox bələdiyyələr var ki, çox işlər görür. Bütövlükdə bələdiyyələrin fəaliyyətini yox hesab etmək yanlış fikirdir. Bu fikirlə qətiyyən razı deyiləm. Məncə, bir az zamana ehtiyac var. Bələdiyyələrin imkan və səlahiyyətlərinin artırılması vacibdir. Böyük şəhərlərdə bələdiyyələrin yaranmasına gəldikdə isə, bu addım xeyirli olardı. Dünya təcrübəsində biz bunu görürük. Bakı və Gəncə kimi böyük şəhərlərin bələdiyyələri yoxdur. Belə şəhərlərdə bələdiyyələrin yaranması bələdiyyə sisteminin inkişafına kömək edə bilər. Avropanın mərkəzi şəhərlərində və paytaxtların özünün bələdiyyələri var. Bu da bələdiyyədə işin inkişafına situmul verir, kömək edir. Bu, lazımlı bir addımdır. Çox təəssüf ki, bizdə bu cür təcrübədən istifadə edilmir.Bizdə də belə olsaydı, çox yaxşı olardı”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan “Ünikal” a verdiyi açıqlamasınada bələdiyyələrin heç bir səlahiyyətə malik olmadığını bildirdi: “Yalnız torpaq satmaqla məşğuldurlar. Vəzifələrini düzgün yerinə yetirə bilmirlər və onlara imkan verilmir. Bölgələrdə bələdiyyə sədrləri rüşvət almaqla məşğuldurlar. Mən elə düşünürəm ki,rayon bələdiyyələri yaradılmalıdır və bu bələdiyyələr şuralara və məclislərə çevrilməli, rayonların icra hakimiyyətləri başçılarına nəzarət etməlidirlər. Səlahiyyətləri və vəzifəsi artırılmalı,həm də öz ərazilərində maliyyə sərancamçısı hüququna malik olmalıdır.Bələdiyyələrin seçki müddəti 5 ildən iki ilə endirilməlidir”.
Abbas Qəmli
Digər Xəbərlər
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00