İlham Pirməmmədov ətrafında müəmma kabusu
12:16 07-02-2014
İQTİSADİYYAT
İlham Pirməmmədov ətrafında müəmma kabusu
Təhsil Nazirliyinin keçmiş aparat rəhbərinin həbsi realdır: onun əvvəlki işləkləri ciddi şəkildə araşdırılır
Bir neçə ildir ki, ölkədə qanunsuz tələbə köçürmələrinin mövcudluğu və bu işin arxasında Təhsil Nazirliyinin çox yüksək səviyyəli məmurlarının dayanması haqda məlumatlar səngimək bilmir. Düzdür, bununla bağlı müvafiq orqanlar müəyyən araşdırmalara başlasalar da bunun hələ ki, əməli nəticələri özünü göstərməyib.
Məsələn, bir neçə il bundan öncə qanunsuz tələbə köçürmələri ilə bağlı nazirliyin keçmiş əməkdaşı Orxan Kərimovun həbs olunması və sonradan azadlığa buraxılması da həmin müəmmanın tam açılmasına imkan yaratmadı. Həmin vaxt qanunsuz tələbə köçürmələrində ittiham olunan Orxan Kərimovun elə məhkəmə zalındaca səsləndirdiyi fikirlər, irəli sürdüyü ittihamlar mövzunun düşünüldüyü qədər sadə olmadığını ortaya çıxarırdı. Hər halda onun açıqladığı faktlardan da görünürdü ki, köçürülmə ilə bağlı bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə aparat rəhbəri İlham Pirməmmədov köçürülmələrlə əlaqədar keçirilən araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olduqlarını deyiblər.. Bu və buna bənzər halların saf-çürük edilməsi, təftiş olunması əlbəttə, vacibdir.
Bu günlərdə isə Azərbaycan Müəllimlər İnstitutunun filiallarında aşkarlanmış ciddi qanun pozuntuları mövzunu yenidən aktuallaşdırıb. Belə ki, sözügedən filiallarda saxta diplomların verilməsinin və eyni zamanda qanunsuz tələbə köçürmələrinin həyata keçirilməsinin aşkarlanması nə qədər qəribə görünsə də şübhələrin yenidən İlham Pirməmmədovun üzərinə yönəlməsinə səbəb olur. Əvvəla ona görə ki, hansısa filial və ya universitet rəhbərliyi istəsə belə Təhsil Nazirliyi əməkdaşlarının iştirakı olmadan nə kiməsə saxta diplom verə, nə də qanunsuz tələbə köçürmələri həyata keçirə bilərlər. Digər bir məqam da var ki, məhz bu məqam bütün bu qaranlıq işlərin başında İlham Pirməmmədovun dayandığını düşünmək üçün əsaslar yaradır.
Belə ki, "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Azərbaycan Müəllimlər İnstitutunun adı saxtakarlıqda hallandırılan filial rəhbərləri məhz İlham Pirməmmədovun kadrları olub. İstər AMİ-nin Qazax, istərsə də Gəncə filialının rəhbərlərinin İlham Pirməmmədova yaxın şəxslər olması isə keçmiş aparat rəhbəri ətrafındakı "şübhə dumanı"nı bir qədər də qatılaşdırır. Mənbənin sözlərinə görə bu və digər məqamlar sözügedən cinayət faktını araşdıran hüquq-mühafizə orqanlarının da diqqətindən yayınmayıb və bu səbəbdən də İlham Pirməmmədovun istintaqa cəlb olunacağı gözlənilir.
Əslində isə sabiq nazir Misir Mərdonovun istefaya göndərilməsinin ardından nazirlikdə onun əsas adamı kimi tanınan İlham Pirməmmədovun da "vurulacağı" gözlənilirdi. Amma nə qədər təzadlı görünsə də bunun əksi baş verdi. Yeni təhsil naziri Mikayıl Cabbarov TN-nin Aparat rəhbəri İlham Pirməmmədovu özünə müşavir təyin etdi. Elə o zaman da yeni nazirin bu addımı həm cəmiyyət, həm də təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmadı. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, İlham Pirməmmədov Təhsil Nazirliyindəki gizli şəbəkənin əsas fiqurlarından biri idi. Amma üstündən bir qədər keçdikdən sonra yeni təhsil nazirinin məlum addımının əsl səbəbləri üzə çıxıb.
Bununla bağlı qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, Mikayıl Cabbarov Təhsil nazirliyinin keçmiş Aparat rəhbəri İlham Pirməmmədovun bütün qaranlıq işlərindən əvvəlcədən xəbərdar olub. Sadəcə olaraq, bu işləri faktlarla sübut etmək üçün müəyyən zaman tələb olunurmuş. Onun Aparat rəhbəri postundan kənarlaşdırılması da məhz mövcud səlahiyyətlərinin əlindən alınması anlamına gəlir. Ona konkret səlahiyyətləri bəlli olmayan yeni bir vəzifənin verilməsi isə onun TN-də "girov saxlanması" anlamına gələ bilər. İlham Pirməmmədov isə bütün bunları daha sonralar anlamağa başladı.
Məhz bundan sonar onun dəfələrlə təhsil naziri Mikayıl Cabbarovun adına istefa ərizəsi yazdığı və oyunun içindən bu yolla çıxmaq istədiyi haqda informasiyalar mövcuddur. Mənbə nazirin hər dəfə onun istefa istəyinə "yox" deməsini isə İlham Pirməmmədovun həbsinə hazırlıq getməsilə əlaqələndirilir: "Hazırda AMİ-nin filiallarındakı qanunsuzluqlarla bağlı istintaq başladılıb. İlham Pirməmmədovun isə yaxın zamanlarda hamin istintaqa cəlb olunacağı və əleyhinə olan faktların təsdiqlənəcəyi təqdirdə həbsə atılacağı gözlənilir".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03