SOS! Bitki tərkibli dərmanlar nevroz xəstəliyini müalisə etmir
09:30 08-02-2014
CƏMİYYƏT
SOS! Bitki tərkibli dərmanlar
nevroz xəstəliyini müalisə etmir
Ekspert: "Düzgün seçilərək təyin olunmuş
antidepressant peraparat yayılan şayiələrin əksi olaraq heç bir halda asılıq və öyrəşmə yaratmır"
Müasir dövrdə insanların ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də nevrozdu. Bir çoxları əsəbləri sakitləşdirmək üçün bitki tərkibli dərmanlar qəbul edir. Deyilənə görə bu cür dərmanlar faydalı deyil.
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoterapevti Orxan Fərəcli də belə qənaətdədi. O son dövrlər əsəb xəstələrinin nəinki Azərbaycanda, eləcə də bütün dünyada sayının artdığını deyir: "Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 % i nevrozlu xəstələrin payına düşməsini nəzərə alsaq deməli bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır. Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır. Müalicə məsələləri haqqında geniş danışmazdan öncə bu xəstəliklərin özünü hansı formada göstərdiyini qısaca izah etmək istərdim. Köhnə adı ilə nevroz adlanan xəstəlik qrupu müasir təsnifatda nevrotik pozuntular adı ilə təsnif olunur. Özündə bir çox əlamətləri birləşdirən bu xəstəliklər qrupunun diaqnostika və müalicəsi məhz hansı əlamətinin pasientdə daha qabarıq ifadə olunmasından asılıdır. Əgər sizdə ürəkdöyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa deməli xəstəliyin müəyyən əlamətləri var. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa biz mütləq həkimə gedib dərmanmı qəbul etməliyik? Əlbəttə ki yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa müalicə almaq lazımdı".
Psixioterapevt qeyd edir ki, müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdı: "Müalicə mütləq ixtisaslı mütəxəssis tərəfindən ətraflı müayinə aparılaraq təyin olunmalıdır. Müalicə edərkən mütləq qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyyə olunan peraparatlar olmalıdı. Nevrozların yaranmasının kökündə beyində "xöşbəxtlik hormonu" adlandırdığımız serotonin maddəsinin azalması dayanır. Bu maddənin azalması təkcə həyəcan, qorxu yaratmaqla yekunlaşmır. Eyni zamanda əhali arasında çox geniş yayılan depressiya xəstəliyinin də əsas yaranma səbəbidir.
Məhz göstərilən səbəbə görə bu xəstəliklərin müalicəsində seroteninə təsir edən, onun beyindəki miqdarının artmasına şərait yaradan dərmanlardan istifadə olunmalıdır. Bu sahədə müvəffəqiyyətlə istifadə olunan yeganə dərman qrupu müasir antidepressantlardır. Bəzən biz həkim olaraq xəstələrin dostlarının və ya tanıdıqları əczaçı tanışlarının məsləhəti ilə nevrozun müalicəsi məqsədilə bitki tərkibli dərmanlara müaricət etdiyini müşahidə edirik. Qeyd etdiyim kimi bu dərmanlar serotonin sisteminə təsir etmədiyi üçün effektiv bir müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyyə olunmur. İnsanların bu tip dərmanlara üstünlük verməsinə səbəb isə bitki tərkibli dərmanların yüngül olması, asılılıq yaratmamasıdı. Son olaraq bir şeyi nəzərinizə çatdırım ki, düzgün seçilərək təyin olunmuş antidepressant peraparat yayılan şayiələrin əksi olaraq heç bir halda asılıq və öyrəşmə yaratmır və qısa müddətdə sizin əvvəlki sağlamlığınıza qayıtmaqda yardımçı olur".
Nigar Məhərrəm
Digər Xəbərlər
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39