Vaqif Səmədoğlunun həyat yoldaşı: "O, şeri gecə yazaraq paylaşdı"
10:35 11-02-2014
ŞOU
Vaqif Səmədoğlunun həyat yoldaşı: "O, şeri gecə yazaraq paylaşdı"
"Şer Vaqif Səmədoğlunu tərzində və ruhunda yazılıb"
Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım, xalq şairinin İsraildə müalicə olunarkən yazıb sosial şəbəkədə paylaşdığı bədbin ruhlu şeirə aydınlıq gətirib.
O, şerin Vaqif Səmədoğlunun ruhunda yazıldığını deyib. Nüşabə xanım şeirin cəmiyyətdə belə çox diqqət çəkməsinin səbəbini isə xalq şairinin indiki səhhəti ilə əlaqədar olduğunu ifadə edib:
"O, şeirini 3 gün öncə İsraildə olarkən gecə yazdı və sonra öz səhifəsində paylaşdı. Şeir Vaqif Səmədoğlunu tərzində və ruhunda yazılıb. İndi Vaqif müəllimin səhhətində problem olduğu üçün o ruhda yazılan şeir yəqin lap yaxın qəbul olunub. Vaqif müəllim həmişə elə yazıb".
Xalq şairinin xanımı V. Səmədoğlunun səhhəti ilə bağlı da məlumat verib. O, qeyd edib ki, V. Səmədoğlu müalicə olunmaq üçün getdiyi İsraildən artıq vətənə geri qayıdıb: "Müalicəsi davam edir. Vaxtaşırı bu müalicəni qəbul etməlidir. Bir müddət sonra yenidən İsrailə müalicə olunmağa gedəcək. Daha sonra həkimlər elədikləri müalicənin nəticələrini yoxlayacaqlar".
Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu İsraildə müalicəsini davam etdirir. Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir. Onun bir neçə gün əvvəl yazaraq sosial şəbəkələrdə paylaşdığı şeri təqdim edirik:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Digər Xəbərlər
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00