Xəzər rayonunda hesabat günü oldu
10:59 26-02-2014
CƏMİYYƏT
Hesabat dövründə rayon üzrə 1734 yeni iş yeri açılmışdır
Xəzər rayonu da 2013-cü ilin yekunlarına dair hesabat verdi. Hesabatda bildirildi ki, ötən ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı 317 milyon 675,2 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 99,9 % olmuşdur.
Nəqliyyat sektorunda 537 milyon 882,4 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon 067,9 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 994 milyon 220 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 148,9 faiz çox olmuşdur. İstifadə edilmiş investisiyaların 599 milyon 372,7 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,8 faiz artmışdır.
İstehlak və xidmət bazarlarında əhaliyə 903 milyon 270,7 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 492 milyon 880,1 min manata, pullu xidmətlərin həcmi 410 milyon 390,6 min manata çatmışdır.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2012-ci illə müqayisədə 16,6 faiz çoxalaraq 613,8 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 24 faiz artaraq 955,7 manat, tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 85,1 faiz olaraq 833,9 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1734 yeni iş yeri açılmışdır. Bunun 42-i yeni yaradılmış müəssisə və təşkilatlar, 114-u mövcud müəssisə və təşkilatlar, 1578-i isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə son 11 il ərzində rayon ərazisində 17 min 16 yeni iş yerləri açılmışdır.
2013-cü ildə rayonun yerli xərcləri 4 milyon 148 min 575 manata qarşı 3 milyon 903 min 19 manat icra olunmuşdur.
Hesabat dövründə Məşgulluq Mərkəzinə 1284 nəfər işaxtaran vətəndaş müraciət etmiş və onlardan 422 nəfəri münasib işlə təmin edilmişdir. İşlə təmin olunmuş 422 nəfərdən 27 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 24 nəfəri kvota üzrə işə düzəlmişlər.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir. Mərdəkan qəsəbəsində Heydər Əliyev adına məkəzi parkda yenidənqurma işlərinə başlanılmış və hazırda da işlər davam etdirilir. Umumi sahəsi 2,6 hektar olan parkda 13 min 774 kv.m bəzək daşı, 2100 kv.m səki daşı, 1100 kv.m üzlük daşı, 85 kv.m qranit daşı, 800 paqon metr aglay daşı vurulmuş, 12 min 144 kv.m sahəyə qazon əkilmiş, 1200 paqon metr su xətti, 690 paqon metr elektrik xətti çəkilmiş və 171 paqon metr qaz xəttinin yeri dəyişdirilmişdir. Parkın ərazisində səhnə, 2 fəvvarə və 3 söhbətgah tikilmiş, N.Rəsulov küçəsindəki, parka paralel olan 5 mərtəbəli yaşayış binasının 1080 kv.m damı yenidən qurulmuş, hazırda binanın fasadına müasir üslubda aglay daş vurulur.
İl ərzində rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür. Gürgən qəsəbəsində 12 min kv.m, Buzovna qəsəbəsində 42.600 kv.m, Şüvəlan qəsəbəsində 72.800 kv.m qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Eyni zamanda Buzovna-Şüvəlan dairəvi yolu-7,6 km, Qala-Pirallahı magistral yolu-21,1 km, Hava limanı-Zıg beton yolundan Qala dördyoluna qədər-13 km, Buzovna–Maştaga yoluna-12 km olmaqla cəmi 53,7 km. yol yenidən qurulmuşdur.Hazırda Buzovna-Mərdəkan-Qala dairəvi yolunun və Binə qəsəbəsi mərkəzi İsazadə küçəsinin yenidən qurulması işləri davam etdirilir. Bütövlükdə isə rayon üzrə 2013-cü il ərzində 68,3 km məsafəyə yeni asfalt örtüyü salınmışdır.
Hesabat dövründə təhsil müəssisələrinin müasir avadanlıqlar və inventarlarla, müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılmış, məktəblər kompüterlərlə təchiz edilmişdir.
Təhsil sahəsi üzrə Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində Buzovna qəsəbəsində 26 , 125 , 206 saylı, Binə qəsəbəsində 121 saylı, Buzovna qəsəbəsində 234 saylı məktəblərin əsaslı təmiri başa çatdırılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilərək şagirdlərin istifadəsinə verilmişdir. Ötən dövrdə Qala qəsəbəsində 185 saylı məktəbin yeni korpusunun tikintisi başa çatdırılmış, hazırda Şüvəlan qəsəbəsi 2 saylı xüsusi təyinatlı internat məktəbinin və 4 saylı valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəbinin yeni binasının tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri üçün hazırlıq işləri görülür.
Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində Mədəniyyət evi tamamilə təmirə yararsız oldugu üçün sökülərək yeni binanın tikintisinə başlanmış və hazırda tamamlanma işləri görülür.
Dini ibadət yerlərinin, o cümlədən məscid və ziyarətgahların əsaslı təmiri və yenidənqurulması ötən dövrdə diqqətdə saxlanılmış, Binə qəsəbəsində İmam Rza məscidi, Mərdəkan qəsəbəsində Heydər məscidi təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev Fondunun prezidenti , millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Zirə qəsəbəsində Cümə məscidinin tamamilə sökülərək yenidən tikilməsi işinə başlanılmışdır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan mədəniyyət sarayının qarşısında Gül bayramı təşkil olunmuş, rayonun idarə, müəssisə,təkilatları, o cümlədən məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Azərbaycan dövlət televiziyasının canlı yayımı ilə bayram konserti təşkil olunmuş, respublikanın tanınmış sənət adamları rayon ictimaiyyətinin nümayəndələri qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Eyni zamanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar respublikamızdan kənarda, Xəzər rayonu ilə qardaşlaşmış Polşa Respublikasının Nadajın şəhərində silsilə tədbirlər keçirilmişdir. İlk növbədə azərbaycan diaspora nümayəndələri ilə görüş keçirilmiş, azərbaycan milli mətbəxini əks etdirən ziyafət verilmiş və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir. O cümlədən, 2-ci İohan Pavel adına gimnaziyada yuxarı sinif şagirdləri arasında “Azərbaycan şərqlə qərb arasında qapı” mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş , qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Müsabiqə qalibləri və həvəslənirici yerləri tutan 11 nəfər polyak şagirdi və 3 nəfər müəllim olmaqla 14 nəfərlik nümayəndə heyəti Azərbaycana dəvət edilmiş və 16-24 iyun 2013-cü il tarixlərində Xəzər rayonunda və paytaxtımızın tarixi və digər görməli yerləri ilə tanış edilmiş, ən yüksək təəssüratlarla Polşaya yola salınmışdırlar. Eyni zamanda baglanmış sazişə əsasən şagird mübadiləsi proqramı çərçivəsində cari ildə Xəzər rayon şagirdlərinin yay aylarında Polşaya 10 günlük səfəri nəzərdə tutulur.
Xəzər RİH başçısı aparatında vətəndaşların müraciət, ərizə və şikayətləri, onların qəbul edilməsi və daxil olmuş sənədlərlə əlaqədar kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarına , təlimat və digər hüquqi normativ aktların tələblərinə müvafiq olaraq aparılmışdır.
Görülən işlərlə yanaşı rayonda hələ də tam olaraq həllini tapmamış bir sıra məsələlər qalmaqdadır.Lakin sevindirici hal ondan ibarətdir ki həmin məsələlərin həlli istiqamətində hal-hazıra işlər görülür və yaxud da 2014-2016-cı illər üzrə nəzərdə tutulmuş Dövlət Proqramında oz əksini tapmışdır. Ötən illərin təhlilini aparsaq görərik ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair 2011-2013-cü illər üzrə nəzərdə tutulan dövlət proqramında Xəzər rayonunda 89 tədbirin icrası nəzərdə tutulmuşdur ki , onun da 82-i tam olaraq başa çatdırılmış, 1 obyektdə iş davam edir, 1 obyektdə iş dayandırılıb və 6 obyektdə işə başlanılmamışdır.
Yeni qəbul edilmiş 2014-2016-ci illər üzrə Dövlət Proqramında Xəzər rayonunda 39 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. O cümlədən, təhsil sahəsi üzrə, 33 saylı məktəbin idman zalının tikintisi, 121 saylı məktəbin əsas korpusunun əsaslı təmiri, 181 saylı məktəb üçün 18 əlavə sinif otagının tikintisi, 323 və 324 saylı məktəblərin cari təmiri, Qala qəsəbəsi hərbi şəhərcik tərəfdə 600 şagird yerlik və Binə qəsəbəsi Südçülük sovxozu ərazisində 1300 şagird yerlik yeni məktəb binalarının tikintisi, 2 nömrəli uşaq bagçasının sökülərək yerində 80 yerlik bagçanın tikintisi, 144 nömrəli və İnci uşaq bagçalarının əsaslı təmiri nəzərdə tutulmuşdur. Səhiyyə sahəsi üzrə, 5 nömrəli Uşaq vərəm sanatoriyasının sökülərək yeni binasının tikintisi və Respublika Müharibə veteranları xəstəxanasının təmiri və avadanlıqlarla təchiz olunması , mədəniyyət sahəsi üzrə Şagan qəsəbə Mədəniyyət evinin 350 yerlik yeni binasının, İdman sahəsi üzrə rayon Şahmat məktəbinin, Buzovna qəsəbəsində futbol stadionunun, digər qəsəbələrdə idman meydançalarının tikintisi, Əhalinin sosial müdafiəsi sahəsində Mərdəkan qəsəbəsi Əlillər üçün Müalicə pansionatının yenidən qurulması, Şagan qəsəbəsi Müharibə Əlilləri üçün müalicə pansionatının əsaslı təmiri, Əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Zirə və Binə qəsəbələrində yangından mühafizə bölmələri,Mərdəkan, Buzovna , Şüvəlan,Türkan, Şagan, Qala qəsəbələrində yangına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33