Ermənilər Əkrəm Əylislini Nobel mükafatına namizəd göstəriblər
10:28 12-03-2014
İQTİSADİYYAT
Ermənilər Əkrəm Əylislini Nobel mükafatına namizəd göstəriblər
Erməni lobbisi növbəti zərbəsini endirməyə çalışır
Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Vəssalam.Yəqin ki, artıq şərhə ehtiyac yoxdur. Çünki söhbət Əkrəmsayağı xalqların qardaşlaşmasından gedir və bu hardasa Orxan Pamuq variantını yada salır. Qeyd edək ki, bir neçə il öncə türk yazar Orxan Pamuq “erməni soyqırımını” tanıdığını bəyan etdi. Bundan sonra Türkiyədə ona qarşı etirazlar baş qaldırdı və bu ərəfədə də məhz bu xidmətinə görə O, nobel mükafatına namizəd göstərildi və aldıda. İndi isə növbə Əkrəm Əylislidədir. Əksəriyyət hesab edir ki, Əkrəm Əylislinin bu mükafatı alma şansı böyükdür. Çünki müraciət edənlər kifayət qədər ciddi fiqurlardır və erməni lobbisinin himayəsindədirlər. Hətta onlardan biri İrəvan Dövlət Universitetinin fəxri doktorudur. Ən gülməlisi isə budur ki, Əkrəm Əylisli açıqlama verərək bildirir ki, əsla bunu ermənilərlə əlaqələndirmək düz deyil. Onda aşağıdakı suallara cavab vermək lazımdır.
1. Sovetlərin dağılmasından sonra Əkrəm Əylislinin hansı kitabı başqa dövlətlərdə çap olunub və alqışlarla qarşılanıb?
2. Bu kitaba qədər yazdığı digər kitablara görə niyə bir dəfə də olsa onun namizədliyi verilməyib? Halbu ki, son əsəri ən bərbad əsər hesab edilir. Gördüyünüz kimi suallar var, cavab isə yoxdur. Görünür düşmənə qardaş deməyin də belə faydası olarmış. Bunu da qeyd edək ki, Əkrəm Əylislinin bu mükafata namizəd göstərilməsi Azərbaycan ziyalıları tərəfindən heç də xoş qarşılanmadı.
Tanınmış alim və ziyalı Əhməd Qəşəmoğlu “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Əkrəm Əylislinin xəyanətkar “Daş yuxular” romanına görə beynəlxalq Nobel mükafatına təqdim edilməsi gözlənilən idi. Məndə bu barədə o zamanlar məlumat var idi. Məlumata görə, ermənilərə yaxınlığı ilə seçilən rus yazıçıları Əkrəm Əylislini həvəsləndirmişdilər ki, belə bir roman yazsan, səni Nobel mükafatçısı edərik”.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, “Nobel mükafatına təqdim edilmək çox da çətin məsələ deyil. İstənilən qələm sahibi bu mükafatı almaq üçün öz namizədliyini irəli sürə bilər. Yəni bu mükafatın verilmə prosedurundakı ən asan mərhələ namizədliyin irəli sürülməsidir. Ciddi çətinliklər sonrakı mərhələlərdə başlanır. Mükafatı təqdim edilən əsər və yaxud elmi iş komitədə ciddi şəkildə ekspertizadan keçirdilir. Komitədəki ekspertlər kifayət qədər obyektiv insanlardır. Əkrəm Əylislinin sözügedən romanındakı saxtakarlıqlar, birtərəfli təsvir olunan hadisələr, bədii zəiflik, açıq şəkildə özünü büruzə verən tendensiyalılıq ekspertlərin diqqətindən yayınmayacaq və son nəticədə Əkrəm Əylisli xalqına yaxdığı böhtan sayəsində umduğuna yetişə bilməyəcək”.
Alimin dediyinə görə, Əylislinin romanı ortalığa çıxarkən ona bir neçə sual ünvanlayıb: “Siz ermənilərin Akulis dediyi kəndin əsil adının "Aq ulus" olduğunu bilmirsinizmi? Və nədən ermənilər, sizin fikrinizcə, müqəddəs saydıqları, 12 kilsə tikdikləri o kəndlərinə erməni adı verməmişdilər? Adif bəyin o Ağ ulus kəndində nə işi var idi? Siz bəyəm əla bilmirsiniz ki, əvvəlcə ermənilər Andronikin dəstələri ilə və s. Zəngəzuru və Naxşıvanı qılıncdan keçirdikləri, camaatın dalına qaynar samavar baqladığı vaxtda Naxçıvandan Türkiyəyə nümayəndə heyətinə gedib yalvarmışdılar ki, gəlib onları xilas etsinlər. Adif Ağ ulusa gələndən bir az əvvəl sizin o sevimli qaniçənləriniz qonşu kənddə 250 adamı öldürmüşdülər. Adif gəlmişdi ki, sizin ananızın, atanızın təhlükəsizliyini qorusun! 1989 - cu ildə mən də Sizinlə eyni vaxtda bu Bakıdaydım. Bəyəm siz bilmirdiniz ki, ermənilərə hücum edənlər yalnız "yerazlar" deyildi? Sizcə, bu yeraz dediklərinizin 1989 cu ildə Bakıda nə işi vardı və onlar niyə Bakıda idilər? Hansı vəziyyətdə gəlmişdilər? Siz daxilən, ruhən erməniləşmisiniz. Bu öz işinizdir. Amma nədən ziyalı erməniyə yox, pravakator erməniyə layiq əsər yazdınız? Siz, doğrudanmı, nə hoqqa çıxardığınızın fərqində deyilsiniz? Ermənilər genosid dedikləri şeyin 100 illiyini, biz Xocalı qətliamının 20 illiyini qeyd etdiyimiz ərəfədə türk dünyasına, pasportunu daşıdığınız xalqa hansı zərbə vurduğunuzu dərk etmirsinizmi? Bir ekspert olaraq 100 faiz əminliklə deyirəm ki, sizin bu əsərciyiniz heç bir zamanın sınağından keçməyəcək və siz tarixə nankor bir adam kimi düşəcəksiniz”.
Tanınmış gənc şairə Rəbiqə Nazimqızının “Unikal”a verdiyi açıqlamaya görə, “Nobel mükafatını təqdim edən komitə dünya miqyasında ciddi nüfuza malik bir qurumdur. Buna görə də inanmıram ki, Əkrəm Əylislinin “Daş yuxular” kimi zəif bir əsəri bu komitənin dəyərləndirməsindən keçə bilə. Məsələ burasındadır ki, Əkrəm Əylislinin bu romanı onun “Mənim nəğməkar bibim, “Kür qırağının meşələri”, “Ətirşah Masan” əsərləri ilə müqayisədə olduqca zəif əsərdir. Bu əsər Nobel mükafatına layiq görülsə, bu mükafata layiq görülmüş böyük yazıçılar və Nobelin öz ruhu bu bayağılığa görə xəcalət çəkəcək”.
Bunu da qeyd edək ki, Əkrəm Əylislinin kitabı Yerevanda çap olunanda artıq əksəriyyət bildirirdi ki, Əkrəm Əylislinin nobel mükafatına namizəd olmasına hazırlıq görülür. Yazıçı isə belə niyyətinin olmadığını demişdi. İndi isə Əkrəm Əylislinin gözləri parıldayır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28