Elnur Aslanov vəzifəsindən azad olundu
Elnur Aslanov vəzifəsindən azad olundu

Aparat rəsmisinin vurulmasından sonra nurçularla adı hallanan məmurlar təşviş içərsindədirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin".Qeyd edək ki, Elnur Aslanovun adı nurçularla birlikdə hallanırdı və bu məsələ ən yüksək səviyyədə müzakirə olunmuşdu. Bundan başqa bildirilirdi ki, 20-yə qədər deputatında nurçularla bağlılığı var və onlardan biri Ceyhun Osmanlı hər ay nurçulardan xidmət haqqı olaraq 5 min manat pul alır. Bu gün isə Elnur Aslanovun vəzifədən azad edilməsi deyilənlərdə həqiqət payının oplmasını ortaya çıxarır. İddia olunur ki, Elnur Aslanovdan sonra Prezident yanında Strateji Araşdırmalar mərkəzinin rəhbəri, həmçinin Elnur Aslanovun komandasında olan bir sıra mühüm post sahibi də vəzifəsini itirəcək. Ekspertlər bunu da bildirir ki, hadisələrin bu şəkildə inkişafı nəticəsində bir neçə rektor, media rəhbəri, təhsil mütəxəssisləri də postları ilə vidalaşacaqlar. Belə demək mümkündürsə nurçulardan təmizlənmə zamanı çatdı.Bunu da qeyd edək ki, Elnur Aslanov millət vəkili və komitə sədri Rəbiyyət Aslanovanın oğludur və hadisələrin ilk mərhələsində O, Elnur Aslanovu açıqca müdafiə etmişdi.
Fuad