Türkiyədə seçkisonrası narazılıq davam edir
12:45 02-04-2014
İQTİSADİYYAT
Türkiyədə seçkisonrası narazılıq davam edir
CHP ilə MHP bəzi dairələr üzrə səslərin yenidən sayılmasını tələb edirlər
Məlum olduğu kimi, martın 320-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərinin nəticələri açıb və nəticələrə görə, AKP artıq rəqiblərinə qalib gəlib.
Məlumata görə, AKP səslərin 47,3% , CHP-27,59%, MHP-14%, BDP-3,03%-ni qazanıb. Ancaq nəticələrlə bağlı ciddi narazılıqlar yaranıb. Belə ki, müxalifət seçidə səslərin sayılmasında problemlərin olduğuğunu iddiaedir. Bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul böyük şəhər bələdiyyə başqanlığına namizədi olan və 40% səs aldığı açıqlanan Mustafa Sarıgül səslərin yenidən sayılmasını tələb edib.
Ötən gün mətbuat konfransı keçirən M. Sarıgül seçki qutuları açıldıqdan bəri səslərin hesablanması prosesini yaxından izlədiklərini söyləyib: "Səslərimizin oğurlanması ehtimalı ilə əlaqədar İstanbulun hər rayonundakı və hər qutudakı hesablamaları diqqətlə araşdırırıq. İstanbuldakı nəticələri bütün seçicilərin qəbul edə bilməsi üçün səsləri yenidən saymaq lazımdır. İstanbulun bütün rayonlarında səslər yenidən sayılmalıdır".
M. Sarıgül bildirib ki, nəticə nə olursa olsun 30 mart seçkisi Türkiyənin demokratiya tarixinə ən ləkəli seçki kimi düşüb: "Kampaniyanın əvvəlindən etibarən demokratiya və etik qaydalara zidd hücumlarla qarşılaşdıq. Baş nazir telekanallara və qəzetlərə şəxsən zəng edərək mənə qarşı senzura tətbiq etdi. Yeganə əlaqə vasitəmiz olan sosial media qadağan olundu. Seçkidən 2 gün öncə insanlara guya namizədliyimi geri götürdüyüm haqda minlərlə yalan SMS atıldı. Belə bir antidemokratik mühitdə seçkiyə getdik. Səslər sayılarkən bir çox məntəqədə işıqları kəsdilər. İqtidar qadağalar şəraitində keçirdiyi seçkini demokratiya kimi təqdim etmək istəyir. Vətəndaşlarımız ümidsiz olmasın. Türkiyə çarəsiz deyil. Önümüzdə çətin bir yol var. Mübarizəmiz davam edəcək". CHP İstanbul təşkilatının rəhbəri Oğuz Kaan Salıcı isə bir çox məntəqədə real nəticələrlə elektron sistemə ötürülən məlumatlar arasında fərqlər aşkarladıqlarını açıqlayıb.
Qeyd edək ki CHP paytaxt Ankarada da səslərin yenidən sayılmasını tələb edib.
Nəticələrlə razılaşmayan başqa partiyalar da var. Türkiyə Milliyyətçi Hərəkat Partiyası (MHP) 3 şəhərdə bələdiyyə seçkilərinin nəticələrinə rəsmi etirazını bildirib. MHP Yüksək Seçim Kuruluna müraciət edərək İğdır, Kastamonu və Kütahyada səslərin yenidən sayılmasını istəyib. MHP-nin Kastamonu və Kütahyada AKP-yə, İğdırda isə kürd partiyası BDP-yə çox az fərqlə uduzduğu açıqlanıb.
Onu da nəzərə çatdıraq ki, seçkinin səhərisi gecə Türkiyənin paytaxtı Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib. Etiraz aksiyası Türkiyənin Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilib. Məlumat verilir ki, aksiyaya səbəb hakim partiya üzvlərinin bələdiyyə seçkilərində qalib gəlməsi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarlarının narazılığı olub. Dünən də Ankarada Mərkəzi Seçki Komissiyasının binası qarşısında yenidən etiraz aksiyasının keçirilib.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13