Azərbaycanın maşın bazarı "qan ağlayır"
12:49 02-04-2014
İQTİSADİYYAT
Azərbaycanın maşın bazarı "qan ağlayır"
Kredit yolu ilə avtomobil satışın mümkün olmaması sonda maşın satanları peşman edir
Maşın bazarında qiymətlər ucuzlaşsa da, alıcılıq qabiliyyəti yox dərəcəsindədir. Paytaxt bazarına çıxarılan avtomobillərin satışında kəskin azalma müşahidə olunur.
Satıcılar alıcılığın ötən aylara nisbətdə xeyli zəiflədiyini və bunda bankların mühüm rol oynadığını deyirlər. Belə ki, avtomobil satıcısı Cavid Məmmədov anspress-ə açıqlamasında qeyd edir ki, əvvəllər maşın almaq istəyən alıcı bank yolu ilə arzusuna çata bilirdisə, indi bu vəziyyət bir az mürəkkəbləşib. Lizinq yolu ilə avtomobil satışı təklif etdiklərini deyən satıcı müştərilərin yüksək faiz səbəbindən bu xidmətdən razı qalmadığını deyir. Cavid söyləyir ki, bazarda tələbat əsasən ili 1998-2003-cü illər arasında olan maşınlara, xüsusi ilə də "Mersedes" və "Opel" markalarınadır.
Cibinə uyğun avtomobil axtaran alıcı istehsal ili 1998-2002-ci il arası olan "Mersedes"i 9 minlə - 12 min dollar arasında ala bilər. "Opel" almaq istəyənlər isə həmin istehsal ilində avtomobilləri 6 mindən dollardan başlayan qiymətlərlə bazardan tapa bilər.Yox əgər ili təzə avtomobil almaq istəyirsinizsə, o zaman minimum 10 min manatdan yuxarı pul ödəməli olacaqsızınız. Belə ki, "Daewo" markalı avtomobillərin son modelləri 12,500 manata, "AzSamand" avtomobilləri isə 10 min manata almaq mümkündür. "Vaz"ın son istehsallarından sayılan "Priora"lar isə alıcılara 9,500 manatdan başlayan qiymətlərlə təklif olunur. "KİA" markalı ili təzə avtomobil almaq istəyənlər isə maşının funksialarından asılı olaraq təxminən 25-30 min manat civarında pul ödəməlidirlər.Bazarda alıcı tapa bilmədiyimizdən suallarımızı digər bir satıcıya ünvanladıq. Avtomobil şirkətinin nümayəndəsi bildirdi ki, müştəri cəlb etmək üçün kompaniyalar təşkil edirlər.
O qeyd edir ki, hətta alıcılara avtomobillərin qiymətində 10 % həcmində güzəştlər də təklif olunur.Nağd qiymətə maşın alanların sayının az olması və kredit yolu ilə satışın mümkün olmaması sonda avtomobil satanları peşman edir.
Satıcılar qiymətlərin əvvəlki aylara nisbətdə münasib olduğunu desələrdə alıcıların ili köhnə avtomobillərə tələb göstərdiyini deyirlər.Bəzi ekspertlər isə hesab edirlər ki, bu gündən qüvvəyə minən Avro-4 standartları bir neçə aydan sonra bazarda canlanmaya səbəb olacaq.
Mütəxəssislərin qeyd edir ki, yeni standartların tətbiqi xarici ölkəyə olan alıcı axınını kəskin azaldacaq və bu amil paytax bazarına müsbət təsir edəcək. İli təzə olan avtomobillərin qiymətində ucuzlaşma gözləndiyini deyən ekspertlər köhnə istehsallı maşınların isə əksinə qiymətində artım olacağını güman edirlər.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53