Ağsunun icra başçısını məhkəmə davası!
11:22 18-04-2014
İQTİSADİYYAT
Ağsunun icra başçısını məhkəmə davası!
Ənvər Seyidəliyev də hədəfə gəlir
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məhkəməyə verilir. Bu barədə "Unikal" qəzeti "Azadlıq" radiosunun "qaynar xətt"inə ünvanlanmış vətəndaş şikayəti əsasında məlumat verir.
"Atam Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub. 1992-ci ildən Ağsudakı "Qərənfil" uşaq bağçasında məskunlaşmışıq. Şəhid ailələrinin evlə təmin olunması prezidentin şəhid ailələri üçün verdiyi sərəncamda da göstərilir. Amma görünən odur ki, hər şey kağız üzərində qalıb" - deyə Ağsu rayonunda məskunlaşmış, Kəlbəcərdən məcburi köçkün olan Elşən Məmmədov yazır.
O bildirib ki, 1993-cü ildən şəhid ailəsi kimi mənzil növbəsində olsalar da, onun siyasi baxışlarına görə ailəyə mənzil verilmir: "Mən özüm Klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm. Keçən il Kəlbəcərin keçmiş icra başçısı Vidadi müəllim məni yanına çağırtdırdı. Qarşımda tələb qoydu ki, siyasi əqidəndən əl çək, ağıllı ol, ev də
verək, başqa şərait də yaradaq. Mən də bildirdim ki, evi mən yox, şəhidin həyat yoldaşı hesab olunan anam tələb edir. İndiki icra başçısı isə məskunlaşdığımız yeri uşaq bağçası və musiqi məktəbinə çevirib. Anam yaşlı qadındır, səsli-küylü yerdə yaşaya bilmir. Evdə yaşamaq mümkün deyil. 2-ci mərtəbədə uşaq bağçası və musiqi məktəbi yerləşir. Əgər uşaq bağçası istifadəyə verilibsə, mənə də şəhid ailəsi kimi ev verilməlidir".
Ağsu rayon icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov isə köçkünün dedikləri ilə razılaşmayıb: "Biz bu ailənin problemlərini Kəlbəcər rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəfələrlə müzakirə etmişik. Özünə də dəfələrlə başa salmışıq ki, köçkün və şəhid ailəsi kimi mənzil üçün bizə yox, Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etməlidir".
Başçının müavini deyib ki, Məmmədovlar ailəsinin məskunlaşdığı evə baxış keçiriblər: "Normal şəraiti var. Nədən narazılıq edirlər, bilmirəm. Bağçanın ərazisində məskunlaşıblar deyə, bu, o demək deyil ki, biz bağçada təmir işləri aparmamalıyıq, bağçanı istifadəyə verməməliyik. O uşaq bağçasına əhalinin ehtiyacı var".
Başçının müavini onu da bildirib ki, Elşən Məmmədov Ağsu rayon icra hakimiyyətini məhkəməyə verib. Aprelin 14-də ilk məhkəmə iclası da keçirilib. Məhkəmə nə qərar verəcəksə, icra hakimiyyəti də onu icra edəcək.
Qeyd edək ki, son günlər rayon icra hakimiyyətlərinin başçıları üçün olduqca həssas dövrdür. Bir neçə rayon rəhbərinin əvəzlənməsi digər icra başçılarını da təlaşlandırıb. Onlar
özləri ilə bağlı tənqidi materiallardan, şikayətlərdən çəkinirlər. Belə bir vaxtda Ənvər Seyidəliyev barədə də narazılıqların ortaya çıxması Ağsunun icra başçısının adını postundan uzaqlaşdırılması ehtimalı olan rayon rəhbərlərinin siyahısına sala bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17