Azərbaycanda yeganə insanam ki, özüməm
06:26 07-05-2014
CƏMİYYƏT
Azərbaycanda yeganə insanam ki, özüməm
Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz
(Tanınmış yazıçı Həmid Herisçidən dərləmələr)
Bu günlərdə tanınmış yazıçı Həmid Herisçi özünün yeni romanını oxuculara təqdim etdi. Yazıçı bu romanını sol əllə yazdığı üçün elə belədə adlandırıb: "Solaxay".
Eyni zamanda Həmid Herisçi özü də solayaxdır, ancaq indiyədək yazıdığı əsərləri sağ əllə yazıb. Müəllif qeyd edir ki, bu addımı ilə o, özünə, keçmişinə qayıdır, bir sözlə, sağ keçmişi ilə vidalaşır.
Herisçidən dərləmələrdə onun yeni romanı ilə bağlı da fikirləri yer alır.
- Həmid Herisçi kimdir? Jurnalist, yazıçı, şair, postmodernist, konspiroloq?
- Mən Azərbaycanda yeganə insanam ki, özüməm. Məni heç bir şərt yetişdirməyib. Mənim üslubum, yazılarım, nəsrim, şeirim, televiziya verilişlərim - hamısını özünəməxsus şəkildə etmişəm. Ədəbiyyatda ən ciddi məsələ yazıçının nə qədər özü olmasıdır. Məncə, bu adı qazana bilmişəm. Mən sadəcə, Həmid Herisçiyəm.
- Necə oldu ki, siz ənənəni pozaraq sol əllə yazmağa başladınız? Bəlkə, sağçılıqdan imtina edirsiniz?
- Bütün bunların cavabını yeni romanım verəcək.
- Sol əlin özəlliyi nədir ki... Məgər sağ əllə roman alınmır?
- Deyərdim ki, sol əl daha həssasdır, duyğuludur. Sol əllə yazanda insanın bütün hissiyyatı və vücudu ekstaz vəziyyətə gəlir. Təsadüfi deyil ki, bütün hərəkətlər, dünyanın düzəninin dəyişməsi solla başlayır.
- Yaxşı, maraqlıdır, solçu Həmid Herisçi bu vaxta qədər niyə sağla yazırdı?
- Mənim dünyadan küsməyim çox orijinal alındı. Həm də öz sağ tərəfimdən küsdüm. Qərara almışam ki, bundan sonra sağ tərəfimi iflic edərək bütün hərəkətləri yalnız solla yönləndirim. Bununla bağlı romanda xeyli maraqlı bilgilər, çözüləcək şifrələr var. Bu haqda indidən danışmaq istəzdim. Roman ilk baxışdan, bəlkə də, Den Braun romanlarına bənzəyəcək, amma oxuyandan sonra görəcəksiniz ki, bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki, bu cür mövzulara keçməyib.
- Nəyə görə mistik ədəbiyyatı ən ciddi ədəbiyyat hesab edirsiniz?
- Ədəbiyyat özü sehrdir, yazar isə sehrbaz... Bəlkə ən ciddi siyasi xadimlər də bu istedaddan, yəni sehrbazlıqdan kənarda qalmayıblar. Məsələn, fransız alimi Antuan Lefevr məşhur Napaleonun kəllə sümüyünü tədqiq edərkən ordan yadplanetlilərə məxsus xüsusi çip tapıb. Sonra iddia irəli sürüb ki, bəs Napaleon vaxtilə yadplanetlilər tərəfindən qaçırılıb, beyninə çip yerləşdirilib və s. Guya, Napaleonun dahiliyi məhz bu fenomenlə əlaqəliymiş, zaman keçdikcə həmin əlaqə, çip zəifləyib, nəticədə, Fransa cahangiri ömrünün sonunda məğlubiyyətlərə düçar olub... Burda bir başqa oxşar fərziyyə də irəli sürərdim... Bilirsiniz ki, bizim dahi yazar Nizami Gəncəvinin kəllə sümüyü 30-cu illərdə məşhur alim-paleontoloq Gerasimova verilib ki, o bunu tədqiq edərək şairimizin həqiqi simasını bərpa etsin... Bax bu kəllə sümüyü deyilənə görə Azərbaycana qaytarılmayıb. Şairin canlı, həqiqi siması da ictimaiyyətdən gizlədilib...
- Niyə?
- Ola bilsin ki, dahi Nizaminin kəllə sümüyündən də oxşar stimulyator, çip aşkarlanıbmış... Ola bilsin ki, məhz bu çip vasitəsiylə o vaxtkı sovet rəhbərliyi, Stalin yadplanetlilərlə əlaqə qurmağı bacarıblar, nəticədə müharibədə dönüş yaradaraq qələbə əldə ediblər...
- İndiki yazarları oxuyursunuzmu?
- Mən onlara yazardan daha çox, köşə yazarı deyərdim. Bu "köşəçi"lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar... Onlar sanki tüncdan tökülüblər - yəni əsla dəyişmirlər. Cəlil, Axundov təhkiyyəsindən kənara bircə addım belə ata bilmirlər. Mövzuları bəsitdir - əvvəl iqtidarı aşağılayırdılar, mövzu tükənəndə bunun gözünə müxalifəti də qatdılar... Bir-iki il beləcə mətbuatı, oxucunu aldatdılar, sonra eyni tərzdə başladılar milləti söyməyə... Bir-iki il belə davam etdikdən sonra cumdular dinin üzərinə... Eyni trafaret yanaşma, eyni təfəkkürlə bu mövzunu da zayladılar... Onlar elmi, mistik, dedektiv təfəkkürdən, estetikadan məhrumdurlar... Əsərlərindən də kimsə qorxmur... Təhlükəli deyillər... İqtidara da, müxalifətə də, oliqarxlara da bu cür ədəbiyyat sərf edir...
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54