ATƏT-in Minsk Qrupunun ATƏT PA-da hesabat verməsi ilə bağlı Azərbaycanın təklifi gündəliyə daxil edilməyib
ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasında ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fəaliyyətinə dair hesabat verməsi ilə bağlı Azərbaycan tərəfinin təklifi gündəliyə salınmayıb.
Bunu açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O bildirib ki, sessiyanın gündəliyinə müdaxilə edilməsinin müvafiq proseduru var və təklif də prosedura uyğun şəkildə olmalıdır: "ATƏT PA-nın Bakıda keçiriləcək yay sessiyasında bizim təklifimiz gündəliyə salınmayacaq. Çünki artıq bu sessiyanın gündəliyi təsdiq olunub. Amma ola bilsin ki, sonrakı sessiyalarda təklifin gündəliyə salınması mümkün olsun, çünki biz hazırda bunun üzərində işləyirik".
B. Muradova əlavə edib ki, buna baxmayaraq, həlli uzanan münaqişələr məsələsinin müzakirə olunması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin son iclasında sədr Oqtay Əsədov ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasında Minsk Qrupunun fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi təklifini irəli sürüb və bununla bağlı Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə müvafiq tapşırıq verib.
Digər Xəbərlər
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00

2025-02-26 16:11:00

2025-02-26 16:06:57

2025-02-26 16:05:53
.jpg)
2025-02-26 15:44:08

2025-02-26 15:21:43

2025-02-26 14:42:41

2025-02-26 14:14:14

2025-02-26 14:01:00

2025-02-26 13:57:35

2025-02-26 13:47:03
