Cahangir Əsgərovun klubu sökülür
Daha 6 futbolçu AZAL-dan uzaqlaşdırıldı
Cahangir Əsgərovun rəhbəri olduğu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin maliyyələşdirdiyi AZAL-dan ayrılacaq yerli futbolçuların adları müəyyənləşib. Bunlar Qərib İbrahimov, Rey Məmmədbəyli, Elçin Sadıqov, Habil Nurəhmədov, Orxan Səfiyaroğlu və Emin Cəfərquliyevdir.
Baş məşqçi Tərlan Əhmədov bu futbolçularla yola davam etməməyi qərara alıb.
Digər iki yerli futbolçu Cahangir Həsənzadə və Aleksandr Şemonayevlə isə danışıqlar aparılacaq. Adıçəkilən futbolçular razılıq verərsə, komandada qalacaqlar.
Bundan öncə isə "təyyarəçilər" bir legionerlə müqaviləsini yeniləyib. Bu, ispan müdafiəçi Xuan Fransisko Qarsiyadır. İspaniyalı müdafiəçi AZAL-a 2012-ci ildə transfer olunmuşdu. Komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov tərəfindən heyətə cəlb olunan futbolçu Tərlan Əhmədovun da etimadını qazana bilib. Mayın sonunda müqaviləsi başa çatacaq Xuan Fransisko daha bir il paytaxt klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, AZAL bundan əvvəl 4 legioner futbolçusu ilə yollarını ayırıb. Junior Aylton, Branislav Arsenyeviç, Axtam Xarmaqulov və Nedo Turkoviç Tərlan Əhmədovu qane etmədiyindən komandadan göndərilib.
Bu arada AZAL-ın yay "transfer pəncərəsi" dövründə heyətində qatmaq istədiyi futbolçulardan birinin adı məlum olub. "Təyyarəçilər" hücum xəttini braziliyalı forvardla gücləndirmək istəyirlər.
Belə ki, paytaxt təmsilçisi Moldovanın "Milsami" klubunda çıxış edən Gilyerme de Paula Lukrecionun xidmətində maraqlıdır.
AZAL transfer etməzdən əvvəl futbolçunu iş başında görmək istəyir. Bu məqsədlə klubun nümayəndəsi Moldovaya ezam olunub, Gilyermenin oyununu izləyəcək. Bundan sonra cənubi amerikalı ilə bağlı qərar veriləcək.
2012-ci ildən "Milsami"də çıxış edən braziliyalı bu klubda 53 oyunda 15 qol vurub.
Zəngin karyeraya malik 28 yaşlı hücumçu vətənində xeyli sayda klubda çıxış edib.
Braziliyanın "Koritiba", "Paranavai", "Rio Klaro", "Makae", "Mirasssol", "Braza", "Atletiko Sorokaba", "Ole Brazil", "Toledo" klublarında oynamış Gilyerme Qvatemalada "Halkones" və "Yuventud"un şərəfini qoruyub. Braziliyalının ilk Avropa təcrübəsi isə 2009-cu ilə təsadüf edib. Həmin vaxt "Setubal"a transfer olunan forvard Portuqaliyada cəmi 3 oyun keçirib.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-25 21:24:30
2024-12-25 20:42:24
2024-12-25 20:08:19
2024-12-25 18:45:12
2024-12-25 17:50:40
2024-12-25 17:33:22
2024-12-25 11:27:00
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19