Bakıda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə daha bir əsas müqavilə imzalandı
10:23 27-05-2014
İQTİSADİYYAT
Bakıda Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə daha bir əsas müqavilə imzalandı
Dünən Bakıda "Cənubi Qafqaz Boru Kəməri" şirkəti və "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə daha bir əsas müqavilə imzalayıb. Bu müqavilə boru kəmərinin tikintisi işləri üzrədir. Bundan əvvəl isə ümumilikdə 14 müqavilə elan edilib və bunlarda "Şahdəniz II" layihəsinin qrafiki üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilənin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanılıb.
Tədbirdə çıxış edən BP-nin "Şahdəniz II" işlənməsi layihəsi üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, artıq boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalanıb: "Tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçirildiyindən hər iki ölkəyə xeyr gətirəcək. Bu böyük irəliləyişdir".
O, bildirib ki, tikinti sahələrində dayaq blokları və üst modullar üzrə işlər, habelə terminalın genişləndirilməsi üzrə işlər artıq başlanıb. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb.
Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üzrə müqavilə "Saipem" və "Azfen" şirkətlərinə verilib. Müqavilənin dəyəri 735 mln. ABŞ dollar təşkil edir. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanması 2016-ci ilin sonuna qədər və Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53