Həmid Herisçi AYO-çuları niyə tənqid etdi?
11:00 28-05-2014
CƏMİYYƏT
Həmid Herisçi AYO-çuları niyə tənqid etdi?
Azad Yazarlar Ocağının qurucularından olan Həmid Herisçi öz "Facebook" profilində keçmiş dostları ilə bağlı sərt sözlər yazıb.
O, AYO üzvlərini özünü tanımamaqda ittiham edib: "Bakı cayıllarının çox mənalı bir ifadəsi var: "Sən de, özünü tanıyan cayıllardansan, hə?". Hesab edirəm ki, indiki köşə yazarlarımız, AYO-çular hələki özlərini tanımır, səhvən "maarifçi", Axundov, Cəlil ardıcılları bilirlər özlərini. Gərək indi onları özləriylə tanış edim. Əslinə baxsaq, onlar maarifçi deyillər, sadəcə, sıravi nihilistlərdirlər, vəssəlam. Özünü tanımamaq isə cayıllar arasında çox böyük eyib sayılır. Yazarlar, jurnalistlər isə buna ciddi fikir verməzlər".
Qeyd edək ki, Həmid Herisçi son müsahibələrinin birində artıq AYO-nu tərk etdiyini deyib.
Öncə AYB, sonra AYO, sonra yenidən AYB, daha sonra yenidən AYO üzvü olan yazıçı Şərif Ağayarın Həmid Hersçinin tənqidinə münasibəti isə belə olub: "Həmid orijinal adamdır. Böyük adamdır. Unikal istedadı var. Azərbaycan cəmiyyəti onu qəbul və etiraf edəcək gücdə deyil. Ona görə bu qeyri-adi qələm sahibinin AYO üzvləri ilə bağlı söylədiyi aqressiv fikirləri çəkişmək istəmirəm. Unutmayın, o, təqdir edəndə də, tənqid edəndə də AYO-dan və AYO-çulardan danışır! Danışmalı başqa nə var ki?!"
Anar Qoca
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55