Oğurluq pul hara gedir?
11:11 28-05-2014
İQTİSADİYYAT
Oğurluq pul hara gedir?
Dünya Bankı Azərbaycanda kölgə iqtisadiyyatının həcminin 60 faizdən çox olduğunu bildirir
"Rəsmi statistika Azərbaycanda kölgə iqtisadiyyatının həcminin təxminən 9 faiz olduğunu bildirir. Lakin Dünya Bankının hesablamasına görə, bu göstərici 60 faizdən çoxdur". İqtisadçı ekspert Rəşad Həsənov "media forum" saytına belə deyib.
Kölgə iqtisadiyyatının həcmini dəqiq hesablamağın mümkün olmadığını vurğulayan ekspert bildirib ki, özəl sektorla müzakirələr və səmimi etiraflar bu sahədə rəsmi vergi ödənişlərinin təxminən 5 dəfə azaldıldığını göstərir: "Yəni özəl sektorda fəaliyyətin təxminən 20 faizi leqallaşdırılır. Hesab edin ki, ölkə iqtisadiyyatının 57 faizini əhatə edən qeyri-neft sektorunda 32 deyil, 150 milyard manatlıq əlavə dəyər yaradılır. Bu halda qeyri-neft sektorundan büdcəyə vergi daxilolmaları 4 milyard deyil, 18-20 milyard manat olmalıdır. İlk baxışdan belə görünə bilər ki, yaxşı haldır, deməli, hər il təxminən 15 milyard manat vəsait sahibkarların cibində qalır ki, bu da bazar prinsiplərinin yenicə təşəkkül tapdığı ölkədə ilkin kapital yığımı, innovasiya idxalı kimi mühüm faktorlara müsbət təsir edir. Həqiqətdə isə vəziyyət tamamilə fərqlidir. Özəl sektor gizlətdiyi vergi məbləğinin 90 faizini səlahiyyətli qurumların qeyri-rəsmi tələblərinin ödənməsinə sərf edir".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53