Sumqayıt məktəbində müəllimlər etiraz qalxdı
10:32 03-06-2014
CƏMİYYƏT
Sumqayıt məktəbində müəllimlər etiraz qalxdı
Onların şikayətinə direktor cavabı: "Pulum olsaydı, Kanar adalarında yaşayardım"
Sumqayıt şəhərində müəllimlər direktora qarşı birləşdi. Şəhərin tanınmış 11 saylı orta məktəbin müəllim kolektivi adından milli.az-a ünvanlanan məktubda direktor Ofelya Babayevaya qarşı kəskin ittihamlar yer alıb.
Məktubda deyilir ki, 68 yaşlı direktor məktəbi rüşvət bataqlığında məhv edir: "Təhsil naziri Mikayıl Cabbarovun məktəblərdə pul yığımına qarşı etdiyi xəbərdarlıqlara baxmayaraq 11 saylı orta məktəbin direktoru hələ də öz "qanunlarını" tətbiq etməkdə davam edir. Bütün müəllimləri şagirdlərdən pul yığmağa vadar edir. Sinifə təyin etdiyi "norma" yığılmadıqda çatışmayan məbləği müəllimin özündən tələb edir. Əks halda işdən qovmaqla, dərs saatlarını kəsməklə hədələyir. Biz burada dərs deməyə yox, pul yığmağa gəlirik. Təsəvvür edin ki, Ofelya Babayeva 8 Martda, Müəllimlər günündə, öz ad günündə də müəllimlərin qarşısında tələb qoyur. İbtidai sinif müəllimləri 50, qalanları 100 manat pulu siyahı ilə təqdim etməlidir. Bir o qalıb ki, maaş kartlarımızı da toplayıb ona verək, bəlkə, gözü doydu".
Bundan başqa məktubda O.Babayevanın keçmiş fəaliyyətinə də toxunulub: "Ofelya Babayeva bir xeyli əvvəl Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri olub və həmin vaxt ciddi bir nöqsan səbəbindən işdən azad edilib. Belə ki, idarə müdiri olan zaman "Gülüstan" Sarayında gəlininə brilliantdan tac hədiyyə etdiyi üçün işdən azad edilib. Müəllimlər deyir ki, görünür, direktor bu hadisədən hələ də dərs çıxarmayıb? 11 saylı məktəbin müəllim heyəti bu problemlərdən canlarını qurtarmaq istəyirlər və müvafiq dövlət qurumlarından tədbir görmələrini istəyirlər".
Direktor O.Babayeva isə bildirib ki, iki gündür bu məsələni araşdırır və bunun üçün bütün kollektivin iştirakı ilə müşavirə çağırıb: "Bu məktub tam iftiradır, şər atırlar. Bu məsələnin axırına çıxmaq üçün Milli Təhlükəsizlik Nazirliyinə də məktub hazırlamışam. Məktubu sizə ünvanlayan Nuriyeva soyadlı biridir. Bizim məktəbdə isə Nuriyeva soyadlı müəllim yoxdur. Heç bir müəllim belə addım atmayıb. Müşavirədə də müəllimlərdən soruşdum ki, məndən narazılığınız varsa, deyin. Hamısı bir ağızdan dedi ki, biz belə məktub yazmarıq".
Direktor şikayət məktubunda təqaüdə çıxmaması ilə bağlı iradlara da aydınlıq gətirdi: "Yaşımı səhv göstərillər. 68 yaşım yoxdur. Pensiya yaşım olsa belə, əməkdar müəliməm, "Şöhrət" ordeni, "Tərəqqi" medalım var. Bunlar imkan verir ki, direktor işləyim".
Direktor bir vaxtlar işdən brilliant tac üstündə çıxarılmasına maraqlı reaksiya verib: "Təhsildə zəngin olmaq mümkündürmü? Təhsildə brilliant var? 42 ildir işləyirəm, 29 yaşından məktəb direktoru olmuşam. Sumqayıt təhsilinin ənənələrini qomuşam. Təəsüf edirəm ki, hər kəsin gözügötürməməyəni olur. Məktəbimiz respublikadakı 4500-dən artıq məktəb arasında birinci onluğa daxildir. Məktubda yazılanlar yaşıma, saçıma yaraşmaz. Əgər yazılanlar doğru olsaydı, milyoner olardım, işləməyimə ehtiyacım olmazdı. Pulum olsaydı, Kanar adalarında yaşayardım, buralarda nə işim var. Sumqayıt şəhər Təhsil Şöbəsinin 11 il müdiri işləmişəm. İşləməkdən yoruldum çıxdım".
Anar Məmmədov
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33