
Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib
Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib. Yığıncaqda BMA-nın 2013-cü il üzrə işinin yekunlarına dair müzakirələr aparılıb, Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşib.
Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçiliblər.