İyulun 3-4 və 8-10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65 min 572 namizəd dəvət edilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən "Unikal"a bildirilib ki, ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7 faiz davamiyyət qeydə alınıb.

İyulun 10-da təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna iyulun 11-i saat 12:00-dan etibarən başlanılacaq. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə məlumat veriləcək.