Bakıda Azərbaycanla ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər müzakirə edildi
10:56 03-06-2014
CƏMİYYƏT
Bakıda Azərbaycanla ATƏT arasında
mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər müzakirə edildi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri Didye Burkhalter ilə görüşüb
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri Didye Burkhalterin rotasiya qaydalarına uyğun olaraq, ATƏT-in Fəaliyyətdə olan sədri funksiyasını da daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası ilə ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in gündəliyində duran aktual məsələlər üzrə müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyini qeyd edərək, sədrlik dövründə Azərbaycanın irəli sürdüyü prioritetlər haqqında məlumat verib. O, müvafiq olaraq, Azərbaycanın Avropa Şurasına, İsveçrənin isə ATƏT-ə sədrlik etdiyini nəzərə alaraq, qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Təhlükəsizliyin bölünməzliyinin ATƏT-in təməl prinsipi olduğunu deyən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55