Ramiz Həsənovun işçiləri sahibkarların qorxunc röyasına çevrilib
10:55 04-06-2014
İQTİSADİYYAT
Ramiz Həsənovun işçiləri sahibkarların qorxunc röyasına çevrilib
Komitə sədrinin müavini Əbülfət İmanovun qanunsuzluqları isə sərhəd tanımır...
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi son zamanlar əlavə səlahiyyətlər əldə etmək və mövcud səlahiyyətlərini bəlli məqsədlərə xidmət etdirməklə nüfuz dairəsini əhəmiyyətli şəkildə genişləndirib.
Bir zamanlar fəaliyyəti ilə o qədər də diqqət cəlb etməyən komitə hazırda bir sıra gəlirli sahələrə nəzarət imkanlarını əldə edib. Bu baxımdan Ramiz Həsənovun rəhbərlik etdiyi komitənin sonuncu uğuru "halal" sertifikatının verilməsi işini öz əlində cəmləşdirməsi oldu. Bununla bağlı ötən gün mediaya açıqlama verən Ramiz Həsənov artıq bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə aralarında olan narazılığın həll olunduğunu və tərəflər arasında "halal" sertifikatının verilməsi ilə bağlı iş bölgüsünün aparıldığını elan edib. Belə ki, bundan sonra QMİ yalnız ət kəsiminin halallıq standartlarına uyğunluğu ilə məşğul olacaq, digər prosedurları isə məhz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirəcək.
Aydın məsələdir ki, bu da Ramiz Həsənovun daha bir qazanclı sahəni ələ keçirməsi anlamına gələ bilər. Ümumiyyətlə isə son illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iqtisadi fəaliyyətlə məşğul olan müəssisələrin kifayət qədər geniş bir arealını özünün nəzarəti altına salmağı bacarıb. Görünür, elə bunun nəticəsidir ki, komitədə çalışan onlarla əməkdaş hazırda ölkənin ən varlı şəxləri siyahısına daxil olmağı bacarıb. Bununla bağlı "Unikal" qəzetinə ötürülən informasiyada Ramiz Həsənovun müavinlərinin və digər işçilərinin malik olduğu maddi sərvətlərin uzun siyahısından bəhs olunur. Həmin məlumatlarda kimin hansı obyektə sahib olmasından tutmuş, komitənin hansı əməkdaşının hansı gəlir sahələrinə müdaxilə etməsinə dair tutarlı faktlar yer alıb. Maraqlıdır ki, 400-600 manat əmək haqqı alan bu əməkdaşlar bu qədər sərvəti hansı pulla əldə ediblər? Hazırda qəzetimizin əməkdaşları həmin məlumatlar əsasında geniş araşdırma yazısı hazırlayır. Mənbəmiz isə yaxın günlərdə komitə təmsilçilərinə məxsus obyektlərin fotolarını "Unikal"-ın elektron ünvanına göndərəcəyini bildirib. Araşdırmalarımız yekunlaşdıqdan və həmin fotolar əlimizdə olduqdan sonar isə daha ilginc məqamlara işıq salacağıq. İndi isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bir məmurunun özbaşınalıqları ilə bağlı redaksiyamıza daxil olmuş məlumatlara göz ataq.
Söhbət Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdan gedir. Daxil olmuş məlumatlara görə, Əbülfət İmanov komitənin başlatdığı və geniş yayılmış reydlərində əsas fiqurlardan biridir və bu iş ona kifayət qədər qanunsuz kapital toplamasına şərait yaradıb. Əbülfət İmanov əlində olan səlahiyyətlərdən sui-istifadə edir və bununla da ölkədə sahibkarlığın inkişafına yersiz müdaxilələrin geniş vüsət almasına şərait yaradır Belə ki, müəssisələrdən yığılan rüşvətə birbaşa nəzarət edən xidmət rəisi eyni zamanda digər gəlirli sahələri də öz inhisarına almağı bacarıb. Kolbasa sexlərinin məhsullarının, laborotoriyada yoxlanışı zamanı isə hansı prinsiplərin "at oynatdığını" geniş araşdırma yazımızdan oxuya biləcəksiniz.
Əbülfət İmanov qanunların dövlət məmurunun bizneslə məşğul olmasını qadağan etməsinə baxmayaraq ölkənin inşaat sektorunda da əhəmiyyətli pay sahiblərindən biridir. Onun tikinti biznesi ilə hələ keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin yanında çalışdığı illərdən məşğul olduğunu söyləyən mənbəmiz Əbülfət İmanovun keçmiş Sovet respublikalarında da biznes əlaqələrinin olduğunu iddia edir.
Bu və digər qaranlıq məqamlarla bağlı araşdırmalarımız isə davam edir, bizi izləyin.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53