Barak Obamadan və Devid Kamerondan Azərbaycana xoş mesaj
11:03 04-06-2014
CƏMİYYƏT
Barak Obamadan və Devid Kamerondan Azərbaycana xoş mesaj
Azərbaycan yenə də regionun güc ölkəsi kimi dəyərləndirildi
Bu gün Avropa və ABŞ-ın Azərbaycana olan münasibəti çox dairələri düşündürür və müəyyən zamanlarda yaranan gərginliklər səbəbindən belə ehtimallar səsləndirilirdi ki, hər iki güc mərkəzi Azərbaycana təzyiqlərini artıracaqlar. Fransa prezidentinin Azərbaycana səfəri zamanı onun müxalifətlə görüşməsindən sonra isə bu fikirlər daha da ajiotajlı görünməyə başladı.
Nəhayət ABŞ səfirinin bir neçə həftə öncə verdiyi müsahibə durumu daha da gərginləşdirdi və Azərbaycanın dövlət rəsmiləri diplomatı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə suçladılar. Hətta onun ölkədən qovulması təklifləri də səsləndi. Vəziyyətin belə olmasından bəhrələnməyə çalışan müəyyən qüvvələr isə belə rəy yaratdılar ki, artıq Azərbaycanla Avropa və ABŞ arasındakı bütün körpülər yanıb. Amma bu gün Azərbaycana ünvanlanan iki mesaj deyilənlərin həqiqət olmadığını sübut etdi.Belə ki, ABŞ Prezidenti Barak Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Azərbaycanın dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayan B. Obama Azərbaycanın yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacağını qeyd edib. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb etdiyini bildirən ABŞ prezidenti qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və kömək etməyə hazırdır.
ABŞ prezidenti vurğulayıb ki, enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın diversfikasiyasına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq.O, ABŞ-ın bu sahələrdə Azərbaycanla əməkdaşlığını qiymətləndirdiyini bildirib.Eyni zamanda Böyük Britaniyanın baş naziri Devid Kemeron XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu göndərib.Təbrik məktubunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri oxuyub. Baş nazir məktubunda qeyd edib ki, enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir.D. Kameron bildirib ki, 2013-cü ildə Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə olunub və bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addımdır.
O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb.
Böyük Britaniya və Azərbaycan arasında əlaqələrə toxunan D. Kameron ölkələr arasında ikitərəfli münasibətlərlə fəxr etdiyini vurğulayıb.Onun sözlərinə görə, mövcud ticarət əlaqələrinin əsasını Azərbaycanın neft-qaz sektoruna böyük sərmayələr yatıran BP kimi şirkətlərlə münasibətlər təşkil edir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55