Ermənilər Sərkisyanı dövləti biabır etməkdə ittiham edir
11:09 04-06-2014
CƏMİYYƏT
Ermənilər Sərkisyanı dövləti biabır etməkdə ittiham edir
Ermənistan müxalifəti prezident Serj Sərkisyanın ölkəsinin Avrasiya İttifaqına ancaq BMT tərəfindən tanınan indiki sərhədləri daxilində qoşula biləcəyinə dair Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən elan edilmiş şərtə cavab olaraq verdiyi bəyanatı tənqid edir.
Virtualaz.org saytının xəbər verdiyi kimi, Sərkisyan Nazarbayevin bəyanatını "xoşagəlməz" adlandırıb. Eyni zamanda bildirib ki, Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulacaq.
"Kim demişdi ki, biz bu ittifaqa Dağlıq Qarabağla birlikdə girəcəyik? Belə şey olmayıb və mümkün deyil. Çünki bizim qanunvericliliyimizə görə, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil" - deyə Sərkisyan ötən şənbə günü bildirib.
Xatırladaq ki, Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış indiki sərhədləri daxilində üzv ola biləcəyinə dair şərti Azərbaycan prezidenti İlham Əliyev bu ittifaqı təsis edən ölkələrin başçılarına göndərdiyi məktubda ifadə edib.
Sərkisyan Astanada Nazarbayev tərəfindən bu şərtin elan edilməsindən olduqca pərt olub və heç bir cavab bəyanatı ilə çıxış etməyərək İrəvana dilxor qayıdıb. Sərkisyan iki günlük sükutdan sonra nəhayət mövqeyini bildirib və müxalifətin tənqidləri ilə üzləşib.
Parlamentdə təmsil olunan müxalif İrs Partiyası hesab edir ki, Sərkisyanın bu bəyanatı uğursuz idi. Erməni Milli Konqresinin nümayəndəsi isə onun dediklərinin heç bir dəyərinin olmadığını və haqq qazandırıla bilməyəcəyini deyir.
İrs Partiyasının nümayəndəsi, deputat Stepan Səfəryan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında deyir ki, Sərkisyan çox uğursuz danışıb. O xatırladıb ki, Sərkisyandan əvvəl onun partiyasının nümayəndələri tamam fərqli şeylər deyir və Ermənistanın Gömrük İttifaqına Dağlıq Qarabağla vahid iqtisadi zona kimi daxil olacağını iddia edirdilər.
"Məsələ ondadır ki, "troyka"nın Astanadakı iclasında Ermənistanın qarşısında sərhədlərini dəqiqləşdirmək tələbi qoyuldu. İndiyədək heç bir təşkilata üzvlükdə belə tələb qoyulmamışdı. Həmişə ərazi bütövlüyünün pozulduğu barədə danışan Azərbaycan idi" - deyə Səfəryan bildirib.
Onun sözlərinə görə, əgər Astanada irəli sürülən şərt qəbul edilsə, Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qoşulacaq.
"Əslində bu tələni Ermənistana Rusiya hazırlayıb. Kreml istəmir ki, Ermənistan tezliklə Avrasiya İttifaqının üzvü olsun və belə tələlərlə onu əngəlləyir" - deyə deputat bildirib.
Erməni Milli Konqresinin nümayəndəsi Vladimir Karapetyan isə deyir ki, Sərkisyan öz bəyanatı ilə ondan əvvəl ayrı mövqe bildirən hakim partiya təmsilçilərini gülünc vəziyyətə salıb.
"Sərkisyanın son bəyanatı onun partiyasını biabır edir və belə görünür ki, məsələyə dövlət yanaşması yoxdur. Sərkisyanın Astanada susması Ermənistan dövlətinə ziyan vurdu. Astanada susub iki gündən sonra İrəvanda cavab vermək haqq qazandırılmayacaq davranışdır. Sərkisyana yerindəcə deyilənlərə cavab verməyə nə mane olurdu? İndi o, vəziyyətdən çıxmağa çalışır və Nazarbayevin ünvanına təhqiramiz sözlər deyir. Buna haqq qazandırmaq olmaz" - deyə müxalifətçi bildirib.
F.Məmmədov
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55