Xalq diplomatiyası yoxsa qazanılan zaman?
10:53 05-06-2014
CƏMİYYƏT
Xalq diplomatiyası yoxsa qazanılan zaman?
Erməni lobbisinin ikibaşlı oyunu
Son günlər diqqəti cəlb edən məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında xalq diplomatiyasının yaranması ilə bağlıdır. Bununla bağlı açıqlama verən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bəyan edib ki, Azərbaycanda xalq diplomatiyasının yaranmasına qarşı güc tətbiq olunur və ermənilərə qarşı düşmənçilik sindromları gücləndirilir.
Maraqlıdır, həqiqətənmi bu gün xalq diplomatiyasına ehtiyac var və ermənilərə qarşı yanaşmamız düz deyil? Gəlin bu suala cavab tapmamışdan öncə bəzi paralelliklər aparaq. Bu gün erməni lobbisi bəyan edir ki, Dağlıq Qarabağ erməniləri ona görə müstəqilliklərini tələb edirlər ki, Azərbaycanda ermənilərə qarşı bir düşmənçilik var və xristian dinli bu insanların azərbaycanlılar arasında yaşaması mümkünsüzdür. Bəs Leyla Yunus nə deyir? Leyla Yunus öz növbəsində bəyan edir ki, Azərbaycanda ermənilərə qarşı bir düşmənçilik siyasəti həyata keçirilir və buna görə də xalq diplomatiyasına imkan yaradılmır. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur və gəlin əsas mövzuya qayıdaq. Bu gün xalq diplomatiyası kimin maraqlarına cavab verir,sualına cavab tapmaq bir sıra nüanslara aydınlıq gətirə bilər. Xalq diplomatiyası adətən hansısa münaqişəli ölkələr arasında həyata keçirilir və əsas məqsəd xalqların barış ruhunda tərbiyyəsidir. Azərbaycanla Ermənistana gəldikdə isə ortada real fakt var və fakt bundan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, Ermənistanda yaşayan azərbaycanlılar bir nəfər kimi qovulub. Belə olan halda xalq diplomatiyasının mövzusu nə ola bilər? Dəfələrlə keçirilən görüşlərdə də aydın olur ki, Ermənistanda Dağlıq Qarabağın işğaldan azad olunmasını istəyən bir nəfər də yoxdur və deməli aparılan danışıqlar heç bir effekt verə bilməz. Belə olan halda xalq diplomatiyası kimlərə lazımdır? Ekspertlər hesab edir ki, xalq diplomatiyası mövzusu 1998-ci ildən elə ermənilərin özləri tərəfindən aktuallaşdırıldı. Burda əsas məqsəd odur ki, dünyaya göstərilsin ki, Dağlıq Qarabağ Azərbaycandan qoparılsada yenə də azərbaycanlılarla ermənilər bir masa arxasında əyləşə bilirlər və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə azərbaycanlılar normal yanaşır. Başqa cür desək belə rəy yaranır ki, Dağlıq Qarabağın işğalını Azərbaycan hakimiyyəti qəbul etməsədə Azərbaycan xalqı qəbul edir. 1998-ci ildə bu prosesə əsasən jurnalistlər cəlb olunmuşdu. Amma qarşılıqlı səfərlərdən sonra aydın oldu ki, jurnalistlər xalq diplomatiyasının bir oyun olması fikrindədirlər və səfərlərdən sonra yazılan yazılar erməni lobbisinin maraqlarına cavab vermədi. Məhz bundan sonra bütün diqqət Qeyri Hökümət Təşkilatlarına yönəldi. "Unikal"ın apardığı araşdırmalara görə 1998-ci ildən sonra əsasən Avropa ölkələrini təmsil edən donor təşkilatlar Azərbaycandakı QHT-lərə məhz xalq diplomatiyası ilə bağlı maliyyə ayırmağa başlayıblar və hər il üçün bu vəsait 2 milyon manatdan çox olub. 2005-ci ilə qədər bu maliyyə yalnız qarşılıqlı səfərlər üçün nəzərdə tutulurdusa, 2005-ci ildən sonra maliyyə əsasən birgə kitabların dərcinə, saytların yaradılmasına və müxtəlif əməli fəaliyyətlərə yönləndilib. Nəticədə nə baş verdi? Məhz ermənilərlə əməkdaşlığın tərəfdaşı olan təşkilatlar həm də beynəlxalq tədbirlərdə az qala erməni lobbisinin dəstəkçilərinə çevrildilər. Elə erməni lobbisinin də əsas məqsədi bu idi. Hazırda nələr baş verir? Baş verən budur ki, Leyla Yunusda başda olmaqla bir qrup şəxs Azərbaycanla bağlı mənfi hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edirlər.Ermənistanda məhz bu hesabatda göstərilənləri əsas arqument kimi göstərərək Dağlıq Qarabağın müstəqilliyini tələb edirlər. Başqa cür desək mərkəzləşdirilmiş şəkildə bir kompaniya həyata keçirilir. Həm də maraqlısı budur ki, xalq diplomatiyasını qəbul etməyən QHT-lərə beynəlxalq donor təşkilatlarında yanaşma normal deyil və bu tip təşkilatlara heç bir halda qrand ayrılmır. Xalq diplomatiyası mövzusu ilə bağlı "Unikal"a açıqlama verən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, xalq diplomatiyası əslində normal bir şeydir. Amma bu o zaman ola bilər ki, işğal olunmuş ərazilər geri qaytarılsın:-" Bir məqamı nəzərinizə çatdırım ki,sabah Dağlıq Qarabağ azad olunarsa bundan sonra azərbaycanlılarla yanaşı ermənilərində bu bölgədə dinc yaşaması üçün xalq diplomatiyasına ehtiyac qalacaq. Onda xalq diplomatiyası hərəkətə gətirilər və insanlara izah edilər ki, bir yerdə yaşamağa məhkumuq. Yoxsa bu gün 20 faiz torpaqlar işğal olunubsa xalq diplomatiyası xətti ilə nə etmək olarkı? Fakt budur ki, torpaqlar işğal edilib və xalq diplomatiyası xətti ilə masa arxasında oturan tərəflər seçim etməlidirlər. Ya azərbaycanlılar deməlidirlər ki, Dağlıq Qarabağ ermənilərindir, yada ermənilər deməlidir ki, Dağlıq Qarabağı işğal ediblər və geri qaytarmağa hazırdırlar. Bunların isə heç biri olmur və deməli xalq diplomatiyası sadəcə olaraq müəyyən qüvvələr üçün lazımdır". Bunu da qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığı zamanlarda QHT-lər maliyyə tapmaqda böyük çətinliklər çəkirdilər. Bundan istifadə edən və erməni lobbisinin təsir dairəsində olan donor təşkilatlar Azərbaycandakı bir sıra QHT-ləri təsir altına sala bilmişdilər. Nəhayət Azərbaycanda Prezident Yanında QHT-lərə Dəstək Fondu təsis edildikdən sonra bu problem həllini tapdı. Amma müəyyən təşkilatlar tapıldı ki, onlar miqdarı bir neçə milyon dollarlıq olan qrantlardan imtina etmədilər və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə başladılar. Bunu da qeyd edək ki, bu tip QHT-lər həmçinin öz ətraflarına müəyyən ictimai xadimləri və jurnalistləri də yığa bildilər.Bunlardan biri kimi Rauf Mirqədirovu göstərmək kifayət edər. İndi isə qayıdaq Leyla Yunusun dediyi "ermənilərə Azərbaycanda nifrət yaradırlar"- məsələsinə. Bununla bağlı "Unikal"a açıqlama verən psixoloq Türkan Azad maraqlı məqamlara toxundu:-" Bu gün faktdır ki, Ermənistanda ermənilərdən başqa millət yaşamır. Bu isə sözsüz ki, erməni xalqındakı xalqfobiya ilə bağlıdır. Bu isə dünya çapında normal qarşılanmır və fobiyalı toplular adətən işğalçı və aqressiv olurlar. Bu gün ermənilər bunu gizlətmək üçün peşəkarcasına azərbaycanlıları aqressiv göstərir və fobiyanın bizdə olduğunu iddia edirlər. Leyla Yunusun dediyi fikirlər də məhz erməni beyin mərkəzlərinin gündəmə gətirdiyi məsələlərdir. Bu gün azərbaycanlılarda ermənilərə deyilən hədli nifrət varsa onda nədən 30 mindən çox erməni hələ də Azərbaycanda yaşaya bilir?Gördüyünüz kimi bu artıq bir siyasi məsələdir və təssüflər ki, Azərbaycandakı bəzi QHT-lərdə bu siyasətin oyuncağına çevriliblər". Beləliklə gördüyünüz kimi ortada xalq diplomatiyası adı altında bir oyun var və bu oyunda hər bir halda qalib gələn tərəf Ermənistandır. Məhz buna görə də ən mükəmməl şəkildə xalq diplomatiyası oyunundan Azərbaycan geri çəkilməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33