Bələdiyyə seçkilərindən qorxan müxalifət
10:54 05-06-2014
CƏMİYYƏT
Bələdiyyə seçkilərindən qorxan müxalifət
Yalnız KAXCP seçki ilə bağlı qərarını verib
Türkiyədə bir müddət öncə keçirilən bələdiyyə seçkilərini az qala dünya izləyirdi və Türkiyədəki siyasi partiyalar bələdiyyə seçkilərinə ölüm-dirim məsələsi kimi yanaşırdılar. Həqiqətən də Türkiyədə bələdiyyə seçkilərində qələbə qazanan partiya avtomatik olaraq parlament seçkilərində də istənilən uğuru qazana bilirlər.
Bu həm də onunla bağlıdır ki, Türkiyədə bələdiyyələrin böyük nüfuzu və səlahiyyətləri var. Məhz bu səlahiyyətlər həm də qalib partiyalara əlavə üstünlüklər gətirir. Maraqlıdır ki, Azərbaycanda da bələdiyyə seçkilərinə az vaxt qalsada, nədənsə siyasi partiyaların aktivliyi hiss olunmur. Düzdür, Türkiyədəki kimi bizdə bələdiyyələrin böyük səlahiyyətləri yoxdur. Amma istənilən halda bələdiyyələr xalq tərəfindən seçilir və bu seçkilər siyasi partiyalar üçün məşq hesab oluna bilər. Bəs nədən partiyalar bu məşqlərə qatılmaqda tənbəllik edirlər?Müşahidəçilər bunu bir sıra məqamlarla izahlayırlar. Belə ki, Yeni Azərbaycan Partiyası artıq bir neçə seçkidir ki, eyni taktikadan istifadə edir. Kifayət qədər təşkilatlanmış YAP seçkiöncəsi aktivliyə meyilli olmur və yalnzı seçkilərə az vaxt qalmış aktivliyini artırır. Bunu da qeyd edək ki, hazırkı taktika YAP-ın maraqlarına cavab verir və müxalifət bu taktikanın qarşısına yeni bir taktika çıxara bilmir. Buna görə də YAP bələdiyyə seçkilərinə hazırlıqla bağlı tələsimir. Müxalifətə gəldikdə isə son prezident seçkilərindən sonra müxalifət çıxılmaz duruma düşdü. Belə ki, ilk zamanlarda Rüstəm İbrahimbəyovu vahid namizəd kimi gündəmə gətirən müxalifət son anda Cəmil Həsənli üzərində dayanmalı oldu. Cəmiyyət tərəfindən tanınmayan Cəmil Həsənli isə gözlənildiyi kimi ümidləri doğrulda bilmədi. Həmçinin seçkilər ərəfəsində istər AXCP-dən, istərsə də Müsavatdan olan istefalar müxalifətə olan inamı daha da zədələdi. Nəhayət seçkilərdən sonra müxalifətin vahid mərkəzi kimi qəbul olunan Milli Şuranın parçalanması və AXCP ilə Müsavatın bir-birini hakimiyyətə işləməkdə suçlamaları bu düşərgənin nüfuzuna öldürücü zərbə vurdu. Məhz bu amillərə görə hazırda müxalifət bələdiyyə seçkilərinə o qədər də maraq göstərmir. Çünki hazırda dağınıq durumdadırlar və faktiki olaraq seçkilərə hazır deyillər. Görünür bunu görən AXCP yetkililəri indidən bəyan edirlər ki, AXCP seçkiləri baykot edə bilər. Əslində isə bu baykot siyasi maraqlara görə yox, sırf təşkilatsızlıq məsələlərinə görə olacaq. Müsavata gəldikdə isə bu partiya da ciddi problemlər yaşayır və ən ciddi problem başqanlıqla bağlıdır. Belə ki, partiyanın nizamnaməsinə görə İsa Qəmbər qarşıdakı qurultayda başqan ola bilməz. Məhz bu səbəbə görə də partiyada İsa Qəmbər tərəfdarları qurultayın keçirilməsini ləngidirlər və çox böyük ehtimal ki, bələdiyyə seçkilərində Müsavat iştirak etsədə heç bir uğur qazanmayacaqlarını indidən bilirlər. Bunu da yada salaq ki, bələdiyyə seçkilərində daha aktiv iştiraka adətən BAXCP və Ümid partiyası maraq göstərir və çox böyük ehtimal ki, bu seçkilərdə də adı çəkilən partiyalar müəyyən uğur qazana biləcəklər. Bu arada KXCP bələdiyyə seçkiləri ilə bağlı qərarını verib. "Milli Şuranın qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı bu və ya digər formada qərarından asılı olmayaraq, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərdə müstəqil şəkildə iştirak etmək fikrindədir".Bu barədə Milli Şurada təmsil olunan KXCP-nin sədr müavini Xəzər Teyyublu deyib.X.Teyyublu qeyd edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı KXCP-nin konkret qərarı var: "Biz hal-hazırda bələdiyyə seçkilərində namizədlərimizin müəyyənləşdirilməsi ilə məşğuluq və bunun üçün partiya regionlarda özünün müşavirələrini keçirir".Onun sözlərinə görə, KXCP bələdiyyə seçkiləri ilə bağlı Milli Şuraya da təkliflərini verib, ancaq o məsələlər hələ Milli Şurada müzakirə olunmayıb: "Ancaq KXCP olaraq biz müstəqil şəkildə qərarımızı vermişik və partiya seçkiyə müstəqil şəkildə gedir. Arzu edirik ki, Milli Şuranın da bələdiyyə seçkiləri ilə bağlı qərarı olsun. Bələdiyyə seçkiləri Milli Şurada müzakirə olunarsa, KXCP-nin öz mövqeyi var və bu mövqedən çıxış edəcək".Qeyd edək ki, bələdiyyə seçkilərinin 2014-cü ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53