Əli Kərimliyə cinayət işi açıla bilər
10:56 05-06-2014
CƏMİYYƏT
Əli Kərimliyə cinayət işi açıla bilər
Hafiz Hacıyev AXCP sədrindən Baş prokurorluğa şikayət edəcək
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev radikal müxalifət partiyalarının üzərinə yenidən hücuma keçib.
Bu barədə "Unikal"a açıqlama verən MMP sədri Hafiz Hacıyev deyib ki, bəzi partiya sədrlərinin yenidən radikallaşmasının səbəbini araşdırıb. Onun sözlərinə görə, baş verənlərin real səbəbləri üçün lazımi instansiyalara müraciət etmək istəyindədir.
Xatırladaq ki, Hafiz Hacıyev hələ keçən il AXCP sədri Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyi haqda hüquq mühafizə orqanlarına müraciət etmişdi. Partiya sədri deyir ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardıqları fəaliyyət və araşdırmanın nəticəsi onu qane etməyib: "Baş verənlər məni çox narahat edir. Əli Kərimlinin cinayət işinin araşdırılmasının üstündən az qala, bir il vaxt ötür. Faktla bağlı 100 nəfərə yaxın insan dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib. Ancaq əfsuslar olsun ki, bu günə qədər müsbət heç bir nəticə əldə edilməyib. Düşünürəm ki, baş verənlər haqqında Baş prokuror Zakir Qaralova müraciət etməyin artıq zamanıdır. Bu səhlənkarlığın bir sonu, bir nəticəsi olmalıdır. Bu gün xarici səfirliklərin dəstəyi və malliyə yardımı ilə dirçələn və daha da radikallaşan Kərimov Əlinin cinayət işinin yarımçıq və nəticəsiz qalması mütləq araşdırılmalıdır. Əks təqdirdə, ölkə prezidentinə müraciət edəcəm. Görürəm ki, bundan başqa yol qalmayıb".
H.Hacıyev onu da bildirib ki, Əli Kərimlinin də İsa Qəmbərin də fəaliyyəti araşdırılmalıdır. Onun sözlərinə görə, bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar: "Əli Kərimli öz liderini zəhərləyən öldürən adamdır. Elçibəy xəstə yatağında olanda Əli Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Əli Kərimlinin sifarişi ilə Azadlıq qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Əli Kərimli də İsa Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54