"Türk İttifaqı" yaranacaqmı?
11:15 06-06-2014
CƏMİYYƏT
"Türk İttifaqı" yaranacaqmı?
"1992-ci ildən türkdilli ölkələrin zirvə toplantıları xüsusi əhəmiyyət daşıyır və bunun ildən-ilə artması müşahidə olunur".
Bu barədə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə açıqlamasında Türkiyədə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü sammiti barədə danışarkən deyib. Onun fikrincə, bu kontekstdə Azərbaycanın əhəmiyyəti müstəsna rol oynayır: "Azərbaycan bir tərəfdən tranzit ölkədir, həm də enerji resurslarına sahibdir. Dünya miqyaslı layihələr Azərbaycandan keçərək dünya bazarlarına gedir. Faktiki olaraq Azərbaycanın əhəmiyyəti göz qabağındadır".
Lakin politoloq yeni birliyin yaranması perspektivini görmür. Hesab edir ki, üçüncü minillikdə hansısa birlikdən danışmaq bir qədər çətindir: "Birlik məfhumu XIX əsrdə qaldı. Birlik odur ki, birləşib kimsə qarşı müharibə aparırsan. Vaxtilə, Almaniya, İtaliya, Yaponiya belə birlik formasında dünya müharibəsində iştirak edirdi. İndi belə məsələlər tarixdə qalıb. Hazırda birlik üçün milli maraqlar önəm daşıyır. Bu baxımdan, XXI əsrdə birlik məfhumunu düzgün başa düşmək lazımdır".
V. Quluzadə Özbəkistanın sammitdə iştirak etməməsini belə şərh edib.
"İslam Kərimovun burda nə marağı var? Bunu demək, onun nə düşündüyünü şərh etmək çətindir. Çünki Özbəkistan daha çox aktiv olan layihələrdə iştirakdan yanadır. Buna qədər "GUAM"da iştirak etməsinin səbəbi də bu idi. Bundan sonra nə edəcəyini yalnız müşahidə etmək olar" deyə V. Quluzadə bildirib. Politoloq Özbəkistanın əksinə olaraq, Türkmənistanın sammitdə iştirakına diqqət çəkib. Bildirib ki, rəsmi Aşqabadın türkdilli ölkələrlə yaxınlaşması müəyyən perspektivlərdən xəbər verir.
Qeyd edək ki, Bodrumda keçirilən sammitdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan dövlət başçıları görüşüb. Görüşdə Özbəkistanın iştirak etməməsi diqqət çəkir.
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55