Səfir: "İranla Azərbaycan arasında münasibətləri korlamağa cəhd göstərən qüvvələrin planları iflasa uğrayır"
11:29 06-06-2014
CƏMİYYƏT
Səfir: "İranla Azərbaycan arasında münasibətləri korlamağa cəhd göstərən qüvvələrin planları iflasa uğrayır"
Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir və parlaq gələcəyə malikdir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında deyib.
Səfir iki ölkənin münasibətlərini korlamağa cəhd göstərən üçüncü qüvvələrin planlarının iflasa uğramasına işarə edərək qeyd edib ki, xoşbəxtlikdən, hər iki ölkənin rəhbərləri bu qəbil təxribatçı qüvvələrin planlarını bilir və müdrikliklə qarşılıqlı münasibətləri davam etdirirlər:
"Bizim müxtəlif ölkələrlə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışı deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də hər iki xalqın istəyi sayırıq".
M.Pakayin İran və Azərbaycan xalqlarının müştərək dərin mədəni köklərə malik olduğunu vurğulayaraq qeyd edib ki, bir-birinə bu qədər yaxın olan iki xalqa rast gəlmək olmur.
O, il ərzində bir milyon nəfərdən artıq Azərbaycan vətəndaşının İrana səfər etməsini faydalı bir iş sayaraq bildirib ki, bu qəbil əlaqələr İran həqiqətlərinin tanınması və millətçi qrupların təbliğatının təsirdən düşməsinə yardım edib.
İran səfiri bildirib ki, ulu öndər Heydər Əliyevin siyasəti İranla daimi dostluğa əsaslanırdı. Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərlərinin siyasəti də Azərbaycan Respublikası ilə münasibətlərin genişləndirilməsinə istiqamətlənib. Bununla bağlı iqtisadi planların icrası tədricən öz səmərəsini göstərəcək: "Biz gələcəkdə iki ölkə arasında olan əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22